Ukrayna Rusiyanın Simferopoldakı baş konsulluğuna etiraz etdi


Ukrayna Rusiyanın Simferopoldakı baş konsulluğuna etiraz etdi
Diplomatlar bəyan ediblər ki, Rusiyanın Simferopoldakı baş konsulu Vladimir Andreyev nitqində Krımda yaşayan tatarları təhqir edən ifadə işlədib.

Telekanlların birinə müsahibə verən baş konsul II Dünya müharibəsində Krım tatarlarını nasistlər yardım etməkdə günahlandırıb. O ekranlara çıxan “Xaytarma” filminə etirazını bildirərək, movzuda Krım tatarlarının faşist işğalçıları ilə əməkdaşlığı əksini tapmadığnı bildirib. “Xaytarma” filmində Krım tatarlarının deportasiyaya məruz qalmasından danışılır.

Ukrayna DİN hesab edir ki, Rusiya xarici siyasət idarəsi Vladimir Andreyevin dedkiərinə lazimi qiyməti verəcək.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın