Ukrayna XİN-i Ruisyanın ukraynanlılara “pasport güzəşti”” ilə bağlı qərarına etiraz etdi”


Ukrayna XİN-i   Ruisyanın ukraynanlılara "pasport güzəşti" ilə bağlı qərarına etiraz etdi

Ukrayna Rusiyaya nota göndərdi. Ukraynalıların “pasportlaşdırılması”” qərarını dərhal ləğv et!

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya hökümətinin ukraynalıların rus pasportu almasını asanlaşdıramaq qərarına etiraz edib. Sənəddə deyilir ki, “”Bu Rusiya Federasiyasının Ukraynanın dövlət süverenliyi və beynəlxalq normalarını kobudcasına pozmasıni göstərən növbəti faktlardan biridir””.

Bu ərəfədə Rusiya prezidenti Valdimir Putin müxtəlif kateqoriyalı vətəndaşların güzəştil Rusiya vətəndaşlığı alması üçün sərəncam imzalayıb. Belə imkanı digər ölkə vətəndaşlığı olmayan, 2014-cü ilin mart ayının 18-nə kimi Krım və Sevastopolda daimi yaşayan, həmçinin, vətəndaşlığı olmayan Ukrayna vətəndaşları qazanıb.

Ukrayna XİN-də bu normativ aktın Ukrayna tərəfindən tannmayacağı qeyd edilib.

“”Ukrayna XİN-yi Ukrayna vətəndaşlarına rus pasportu verilməsi ilə bağlı Rusiyanın qanuna zidd qərarını dərhal ləğv etməsini və onun neqativ nəticələrinin aradan qaldırılmasını tələb edir. Aidiyyatı nota gecikmədən Rusiya XİN-nə təqdim ediləcək -deyə Ukrayna diplomatik qurumunun saytında dərc olunan mətndə deyilir. O da vurğulanır ki, Rusiya tərəfinin bu qərarın qəbul olunmasında əsas məqsəd kimi “”insanların və vətəndaşalırn hüquq və azadlığının qorunması “” fikrini səsləndirməsi xüsusilə həyasızlıqdır. Xatırladaq ki, “”Ukrayna vətəndaşlarının hüquq və azadlığının pozulması Rusiya hərbi qüvvələrinin təcavuzu ilə başlanıb””.

Ukrayna Xarici İşlər Nazirliyi onu da qeyd edir ki, milli təhlükısizliyin qorunması üçün effekli ölçü götürmək hüququnu özündə saxlayır və “”beynəlxalq müttəfiqlərlə birgə Kreml rejiminə qarşı sanksiya təzyiqin gücləndirlməsi işi aktiv davam edir””.

YENİSES.RU


Bir cavab yazın