Ukraynada Zelenskinin istefası ilə bağlı petisiya imzalanır
Çoxluğun seçdiyi prezidenti çoxluq istəmir əslində. Ukrayna liderinin saytında yerləşdirilmiş petisiyada belə deyilir. Bu haqda Ukrayna KİV-nə istinadən xəbər verilir.
Ukrayna liderinin saytında “Ukrayna prezidenti Vladimir Zelenskinin istefası”” ilə bağlı petisiya yerləşdirilib.
“”Hörmətli Vladimir Zelenski, çoxluğun sizə səs verməsi əslində etiraz səsverməsi idi. Doğrusu sizi seçicilərin 73% dəstəkləmir””-deyə mətndə bildirilir.
Petisiyada o da qeyd edilir ki, Zelenskinin birinci bəyanatı seçiciləri “”xəyal qırıqlığına”” uğradıb.
Moskva vaxti ilə saat 10:46 kimi petisiyanı 7552 nəfər imzalayıb..
Vladimir Zelenski may ayının 20-də rəsmən Ukrayna prezidenti olub.
YENİSES.RU“