Ümid Yardım: Türkiyə ən çətin şərtlər altında belə inkişafını davam etdirəcək iradəyə sahibdir.
Türkiyədə 7 iyul 2015-ci il parlament seçikilərinin nəticəsi ölkədə son illər müşahidə olunan sabitləşmiş kimi dəyələndirilən duruma gərginlik qatdı. Koaliasiya höküməti qurmaq mövzusunda yaşayan bu kritik dönəmin çözülməsinə “bir addım qalmış” Surucda baş verən və digər terror olayları bir çox şeyləri təməlindən sarsıtdı.
İŞİD-ə qarşı mübarizə məsələsində uzun zaman susqunluq nümayiş etdirdən Türkiyənin baş verən terrordan sonra xarici siyasətindəki əsaslı dönüşü dünyanın gündəmində fərqli yönlərdən şərh edilir. Bir çox siyasi araşdırmaçılar bunu hakim partiyanın seçkilərdəki məğlubiyyətinin acısını bir başqa yerdən çıxatması kimi dəyərləndirirlər.
Belə bir zamanda Rusiya və dünya mediasında kürd Demokratik Hərəkat Partiyasının (DHP) “çözümə bir addım qalmış” Türkiyə iqtidarını onu pozmaqda suçlandırmasına haqq verən yorumlarla yanaşı, Suriya mövzusu və bəzi siyasi gedişlərdə Türkiyə ilə razılaşmayan Rusiyanın səngimiş “Türk axını” layihəsini yenidən meydana atması, Türkiyədə terrorla mübarizənin sərt və aktiv fazaya keçməsi kimi məsələlərin fonunda ölkənin çox çətin tarixi sınaq qarşısında olduğu, iqtisadiyyatının tənəzzül edəcəyi kimi fikirlər səslənir.
Bütün bu məsələlər bizi təkrar Türkiyənin Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfirinin yanına gətirdi. Səfir Ümid Yardım onunla görüşmək istəyimizi müsbət qarşıladı. Saytımıza verdiyi müsahibəsində son dönəmlər ölkəsində yaşananlar, dünya, eləcə də Rusiya mətbuatında fəqli yöndən şərh olunan məsələlərlə əlaqədar sullarımızı cavablandırdı.
-Cənab Səfir, Surucda baş verən terrrordan sonra “Barış sürəci bitmişdir”- qərarı DHP tərəfindən kəskin ittihamlarla qarşılandı. Bunu Türkiyənin hakim partiyasının seçkilərdə məğlubiyyəti ilə barışmamazlığı və əvəzini bir başqa yerdən, əslində onlardan çıxması ilə bağlayırlar. Mediada da bu fikrə dəstək verənlər çoxdur.
-Dünyanın bütün ölkələrində oldugu kimi Türkiyədə də demokratik sistem hakimdir. Kimə sandıqda çox səs verilirsə, o iqtidar olur. Seçimlərin nəticəsi də ortada. Bunun başqa ölkələrdə belə örnəkləri yoxdur. Əcəba, hansı Avropa ölkəsində hakim partiyaya yüzdə 40 faiz səs verilib? Almaniyada Angela Merkelin belə bu qədər dəstək almayıb. Amerikada da kiçik say fəqriylə prezident seçildiyini, kimsənin etiraz etmədiyini bilirk. Bunu sorğulayanların, tənqid edənlərin demokratiya anlayışından şübhələnirəm. Birinci mövqe budur.
Türkiyədə siyasi hadisələr, çözüm sürəci ilə bağlı hadisələrə girməyək. Bu dövlətin daxili siyasəti ilə bağlıdır. Lakin Türkiyədə son zamanlar çox əhəmiyyətli hadisələr baş verdi. Bunun birincisi, 7 iyul parlament seçkilərdir. Türkiyədən bu seçkilərə yüksək -85 faiz qatılım oldu. Yeni hökümət qurmaq üçün liderlər bir araya gəldi və işbirliklərini davam etdirirlər. Bu işbiliyi içində gözəl, kritik, mübahisəli məqamlar da yaşanır.
İkinsici, bölgədə çox önəmli hadisələr baş verir. Suriyada, İraqda və sair. Onları da yaxından təqib edirik. Bu görüntü içərisində son zamanlar təəssüf ki, Türkiyə ağir terrorlara hədəf oldu. Suruc bunun sadəcə bir dənəsidir. Türkiyəyə xaricdən də təhlükə var. İŞİD, PKK və ya başqası olsun. Bunun təməlində Suriyadakı sıxıntı durur. Bunu biz anlamırıq, Rusiyada da yaxşı anlamırlar. Çünki bir olaya sadəcə siyasi gözlə, ideoloji olaraq baxılarsa, orada obyektiv dəyərləndirmə olmaz. Orada dövlət sistemi deyilən bir şey qalmadı. Ən böyük günahkarı isə Əsəd rejimidir. Haradasa əhalsinin yarısı ölkə xaricinə qaçıb, yarısı da təhlükəsiz yerlərə çəkilib. Bütün infrastrukturları tamamilə məhv olub. Bunu bir daha xatırlayıb, sonra şərh etmək lazımdır. Əhalisinin yüzdə onuna Türkiyə ev sahibliyi edir. 2 milyonunun təhsili, saglamlığı qeydinə qalır. Türkiyəni bu mövzuda tənqid edənlər 200-300 mindən artıq suriyalı qaçqın qəbul etmir. Madam, çox maraqlıdırlarsa, o qaçqınları Avropanın ortasına qəbul edib saxlasınlar, sonra danışsınlar.
Digər bir tərəfdən də Türkiyə terror təşkilatlarının hədəfindədir. Daxildə də, xaricdən də bu təhlükələr var. Türkiyə bunlarla mübarizə edir. Bir çoxlarını ölkədən 2 min, 3 min adamı deportasiya etdik. Bağlı olduqları ölkələrin yüksək məqamlarına bilgi verildi, Türkiyəyə girişlərinə yasaq qoyduq, amma yetərli dəstək almadıq. Geri göndərdiyimiz həmin adamlar başqa kanallarla yenə gəldilər. Görünəm ümumi geniş mənzərə belədir.
-Elə bu mövzuda – İŞİD və terrora qarşı mübarizə məsələrində də Türkiyənin son zamanlar nümayiş etdirdiyi sərt mövqe birmənalı qarşılanmır. İndiyəcən susan Turkiyənin birdən-birə hərəkətliliyi ölkəni müxtəif fikirlərə, hətta ittihamlara hədəf edib.
-Anladım. Seçki sonrası, hökümətqurma yolunda atılan addımlar sürəcində bir İŞİD-i, PKK-sı- sıra terror təşkilatları bu dönəmdən istifadə edib fəallaşdırlar. Türkiyəni bu mövzuda tənqid edən ölkələr varsa, mən onlara soruram. Siz terrorizmlə necə mübarizə aparırsınız? Biz də eynisini edirik. Baş nazirimiz də söylədi ki, daha ağır cavab verəcəyik. Bu çərçivədə terrorizmin daxili və xarici mövzuları var.Təhlükəsizlik güclərimiz, hansı qrupdan olursa olsun, fərqli qruplara qarşı mübarizə, şiddətli qarşısını alma kampaniyalarına girdilər. Bizim Suriya və İraqla 2 min kilometr sərhədimiz var. Hər addımına bir əsgər qoysan,yenə çətinlikərlə qarşılaşırsan. Muxtəlif yerlərdən yenə gəlirlər. Onlaırn Suryada, İraqda xarici qaynaqları olduğunu təsbit edildi. PKK və digər qruplara qarşı Türkiyə nə lazımdırsa gərəyini etdi. Evinə gəlib yatan əsgərə hücum etməyi kimsə qəbul etməz, biz də etmirik. Söhbətin məğzi budur. Xalqımız evində, küçədə rahat olmalıdır. Dövlətdə ən əsas şey təhlükəsizliyi qorumaqdır. Onu təmin etmirsənsə, demək yerində deyilsən. Türkiyəni sərhəddindən kənarda təhdid edən şeylər var. BMT-nin 51-ci maddəsi açıqca özünü müdafiə etmə haqqı verir. Bununla əlaqədar çox ölklərlə təmasdayıq. Hörmətli Vladimir Putinlə də, Avropa ölkələri başçıları ilə də bunu müzakirə edirik. Çoxları bizim bu addımımıza haqq verir. Hamısı da Türkiyənin yaxşı-pis nə etdiyini anlayırlar.
-Yorumlar içərisində Türkiyənin istisadiyyatını çox çətin zaman gözləyir fikriləri də var. Qarışıq, qeyri-sabit dönəm ölkənin iqtisadiyyatından da təbii ki, təsirsiz ötüşməyəcək.
-Duruma real baxmaq gərəkdir. Onu çox qorxulu kimi dəyərləndirmək lazim deyil. Biz bu cür təcrübələrə sahib ölkəyik. Bunu keçmişdə də yaşadıq, irəlidə də ola bilər. Ən vacib olan şey sıxıntılı hədəflərin doğru təsbit edilməsidir. Biz güclü, istiqrarlı, zəngin bir ölkə olmağı hədəf seçmişik. Dunya üzərində təsirli olan da odur. B yolda içəridən buna mane olanlar, xaricdənsə məmnun olmayanlar var. Könül istər enerjimiz, gücümüz, maddiyyatımız, isqtisadiyyatımız tamamilə inkişafa, təhsilə, sağlamlığa, araşıdrmalara, universitetlərə yönəlsin. Belədə iqtisadiyyat daha da artar, yüksələr. Biz G20-nin üzvüyük . Təbii, bu mübarizəyə sərf etdiyimiz enerji bir az gücümüzü səziflədir. Amma durum çox da qorxulu görməyək. Türkiyə ən çətin şərtlər altında belə inkişafını davam etdirəcək iradəyə sahibdir. Bunu hər zaman örnək göstərirəm. Biz neft, təbii qazla zəngin bir ölkə deyilik. Afirkanı sümürən imperialist Avropa ölkələrindən də deyilik. Biz təbii qaz satıb para qazanmırıq. Biz bu gün sahib olduqlarımızı insanının əməyi ilə etdik. Hər şeyi sırıfdan etdik. Biz təcrübəli olduğumuz üçün bu prosesi də aşacağıq.
-Terrorla mübarizədə Amerika ilə yaxınılaşma Rusiya ilə sıxıntı yaratmayacaq ki?
– Heç yaratmaz. Bu məsələlər enişli-çıxışlı ola bilər. Kimsə Türkiyəyə get kiminləsə danış, ya danışma deyə diktə edə bilməz. Zəif Türkiyə olsa, diktə edə bilər. Yunanıstanı götürəksək, onun timsalında Avropa ölkəsi olsan belə, zəiflədiyin halda söz söyləmək haqqın qalmadığını görürük. Biz güclü və öz mövqeyi olan ölkəyik. Bu məntiqlə bütün ölkələrlə görüşürük və staretegiyamızda təkcə Avropa və Amerikayla məhdulaşmaq yoxdur. Rusiya bizim üçün çox əhəmiyyətli ölkədir. Hörmətli prezidentimiz və hökümət də buna böyük əhəmiyyət verir. Bütün sahələrdə bu əlaqələri genişləndirəcəyik. Fəqrli problemlərə fərqli münasibətlər sərgiləyə bilər, fərqli baxışlarımız da ola bilər. Bunlar Avropa, NATO ölkələri arasında da yaşanan şeylərdir. Biz Rusiya ilə iki qonşu ölkə olaraq münsibətlərimizi istisadi və digər sahələrdə yüksək şəkildə davam etdiririk və etdirəcəyik.
– “Türk axını” mövzusu səngimişdi. Hadisələrin bu qaynar məqamında birdən-birə bu mövzuya qayıdılmasıyla Rusiya Türkiyəyə bundan narahat olmaması mesajını vermək istədi, yoxsa…
-Təcrübədə yaşananları kompleks hala gətirib, teorem istehsal etməyə gərək yoxdur. Bəzən gerçək çox bəsit ola bilir. Biz Rusiya ilə enerji əlaqələri içində olan ölkəyik. Yüzdə 60-a yaxın enerjini Rusiyadan alırıq. Bunun infrastruktur təsisləri var. Bunlar starteji layihələrdir. Atom enerji syansiyası da qurulacaq. Əgər layihə gerçəkləşdirilə bilirsə, mavi yanacaq 4 xətt üzərindən- Rusiyadan Qara dənizi keçib Türkiyəyə, oradan da həm Türkiyəyə həm Avropaya nəql olunacaq. Mənə sorsanız, bu Avrasiya coğrafiyasının ən önəmli layihəsidir. Başqa zamanlarda bununla bağlı fərqli fikirlər, manipulyasiya edənlər olur. Başqa ssenariyalar yazanlar da ola bilər. Bakı-Ceyhan layihəsinə başlayanda da bu kimi şeylərlə qarşılaşdıq, yaşadıq. Biz “Türk axını” layihəsinə çox böyük əhəmiyyət veririk. Avropalılar bi xəttlə nəql olunan qazı alar, almaz, bu onların öz işidir. Biz Türkiyə olaraq onun bir bölümünü almaq istəyirik. Çalışmalar da davam edir. İki hökümətin imzalaması gərəkən sənədlər var. Bu uzun sürəcək bir proses və mövzudur. Lakin Türkiyə də Rusiya da bunu arzu edir. Gerçəkləşəcəyinə mən də inanıram. Bir mövzuda böhran da yoxdur.
Tünzalə Vəliqızı
Moskva, Yenises.ru