V.Solovyev Italiyada villası olması ilə bağlı : “Çox qazanıram və istəsəm yenə alaram”””
Rusiyanın məhşur teleaparıcısı Vladimir Solovyev müxalifətçi Aleksey Navalnının İtaliyada ona məxsus daha bir villası olması araşdırmasına aydınlıq gətirib. O, The Insider-ə açıqlamasında dövlət qulluqçusu olmadığını və İtaliyada daşınmaz əmlak almaqla qanunu pozmadığını bildirib.
“İstəyərəm başqa yerdə yenə alaram, yenə alaram. Maaliyyəm imkan verir, vergisini ödəyirəm. Çox çalışıram və sevinirəm ki, mənim proqramın “”Rossiya”” telekanalına çox pul qazandırır””-deyə jurnalist söyləyib.
Solovyev təsdiq edib ki, Avropa və onun mədəniyyəti haqqında heç vaxt mənfi fikir söyləməyib . “”Mənim heç olmazsa bir sitatımı tapın göstərin, görüm harada “”Avropa pisdir- deyilib””-deyə aparıcı təklif edib.
Solovyev onu da bəyan edib ki, Korrupsiyaya qarşı Mübarizə Fondunun (FBK) aşkar etdiyindən daha çox avtomobili var. O maşınlara kəsilən cərimə isə onu idarə edən sürücülərin günahı ucbatından olub. Solovyev bunu aydınlaşdıracağını bildirib. Aparıcı özü Maybach markalı avtomobildə gəzdiyini söyləyib.
FBK-nin məlumatına görə Solovyevin Komo gölü sahilindəki villasının dəyəri bir milyon avrodan artıqdir. Həmin gölün sahilində olan birinci villa haqqında Navalnı 2017-ci ildə məlumat vermişdi. O zaman da teleaparıcı varlı olduğunu heç zaman gizlətmədiyini, lakin bununla öyünmədiyini vurğulamışdı. O, qeyd edtmişdi ki, Komo gölü ərrafında daşınmaz əmlakı Moskvaətrafı Rublevkadan daha ucuz olduğu üçün alıb .
Solovyev onu da izah edib ki, vətənpərvərliklə xaricdə daşınmaz əmlak sahibi olmaq arasında heç bir əlaqə görmür. “”Vətənpərvərlik-bu xaricə gedə bilməmək haqqında sənəd deyil””. Teleaparıcı belə deyib.
Yenises.ru “