Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır
ABŞ höküməti Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayıb, lakin onu cümə axşamı Ukrayna ilə Cenevrədə keçiriləcək danışıqlara qədər üzə çıxarmayacağı haqqında dövlət katibi Mari Harf deyib.
“Biz əlavə sanksiyalar hazırlamışıq. Gözləməyin ki, biz onu sabahkı danışıqlara qədər təqdim edəcəyik. Əgər biz Rusiyanın geri addımını görməsək, o zaman əlavə sanksiyalar da daxil olmaqla başqa ölçülər götürəcəyik”,- deyə o brifinqdə söyləyib.
Bu ərəfədə ABŞ dövlət departamentinin sədri Cen Psaki bəyan etmişdi ki, ABŞ Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqi haqqında dördtərəfli görüş keçirilənə qədər elan etməyi düşünmür. Bu iş haqda daha əvvəl Ag Evin nümayəndəsi Cey Karni də xəbər vermişdi.
Dördüncü gün Cenevrədə ABŞ, Avropa Şurası, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə Ukraynadakı situasiya ilə bağlı danışıqlar başlanacaq.
/Yenises.ru/