Visa və MasterCard Rusiyanın 6 bankında işləmir
Visa və MasterCard kartları Rusiyanın altı bankında əməliyyat xidməti dayandırılıb. Bu haqda “Vedomosti”” qəzeti bankirlərdən aldığı məlumata görə xəbər yayıb.
Qəzetin məlumatında “”Genbank””, “”Krayinvestbank””, “”Verxnevoljskiy bank””, Krımda işləyən “”Sevastopolskiy morskoy bank””, həmçinin “”İnresbank”” və “”Mosoblbank”” banklarında adıçəkilən kartların xidmətinin dayandırıldığı deyilir. Baxmayaraq ki, bir müddət əvvəl bu bankların nümayəndələri sanksiyaların onların işinə təsir etməyəcəyini bildirmişdilər. Lakin dekabrın 23-dən bu kartlarla banklarda əməliyyatlar aparmaq mümkün deyil.
Qeyd edək ki, dekabrın 22-də ABŞ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib. Rusiyanın “”İnersbank””, “”Genbank””, “”Moskoy bank””, “”Verxnevoljskiy bank””, “”Krayinvestbank”” və “”Mosoblbank”” bankları sanksiyaya düşüb. Sberbank və “”VTB 24″” banklarının filiallarının adları da qara sıyahı yer alıb.
Həmçinin ABŞ “”Yandeks.Deneq””ə qarşı da sanksiya tətbiq edib.
/Yenises.ru/
“