Viza məsələsində Rusiya Avropa Şurasından küsə bilər


Viza  məsələsində Rusiya Avropa Şurasından küsə bilər
Ukrayna ilə Avropa Şurası ölkələri arasında viza rejiminin ləğv olunması Rusiyadan əvvəl tətbiq olunmamalıdır. Bu mövqedən RF Xarici İşlər nazirliyinin yetkilisi cıxış edib. “AŞ Rusiyadan əvvəl Ukrayna ilə vizasız rejim haqqında anlaşarsa, siyasi nöqteyi-nəzərdən bu doğru olmaz”,- Rusiya xarici siyasət qrumunun xüsusi təyinatlı səfiri Ənvər Əzimovun fikirlərindən sitat gətirərək “RİA Novosti” məlumat verib.

Əzimov onu da bildirib ki, Rusiya və Avropa Şuarsı ölkələri arasında viza rejiminin ləğv olunmasının texniki məqamları qaydaya salınıb və 2014-cü ilə kimi bütün suallar həllini tapması tamamilə realdır. Indi sadəcə AŞ tərəfindən “siyasi qərarı” gözləmək qalır.
XİN nümayəndəsi xatırladıb ki, Rusiya-AŞ sammitində (sammit dekabrda keçiriləcək) prezident Putin avropalı partnyorları ilə söhbət aparacaq. “O yaxın 1-2 il ərzində vizasız rejimin tətbiq olunması üçün atılan addımalırın intensivləşdirilməsi ilə əlaqəli cıxış edəcək”- deyə Əzimov bildirib.

Sammit dekabrın 21-nə təyin edilib və Brüsseldə keçirilməsi palnlaşdırılıb. Ona qədər isə sabah AŞ xüsusi missiyalıları Rusiya ilə vizasız rejim məsələsi ilə bağlı Moskvaya gəlir. 8 dekabra qədər ekspertlər Rusiya paytaxtında olacaq, həmçinin Rusiya Belorusiya sərhəddini və Rusiya ilə Ukrayna, Qazaxıstan keçid məntəqələrini gəzəcəklər. Dekabrın 10-dan 20-nə kimi isə rusiyalı ekspertlər analoji olaraq cavab səfərinə çıxacaqlar, deyib Əzimov.

Bununla yanaşı Rusiya dekabrın 1-dən Avropa Şurası ölkələrindən uçub gələn təyyarələrin ekipajları üçün viza rejimini kəskinləşdirməyi qərara alıb. “Dekabrın 1-dən ola bilsin biz də viza tələb edəcəyik. İndi bu bizimçün prinsip məsələsidir. Biz daha əyiləcək deyilik”-deyə Əzimov söyləyib.

Nigar
/Yenises.ru/


Bir cavab yazın