Vladimirdə avtobusla qatarın toqquşduğu qəzada ölənlərin sayı 17 nəfərə yüksəldi
Vladimir vilayətinin Petuşinsk rayonunda avtobusla qatarın toqquşması nəticəsində ölənlərin sayı 17 nəfərə yüksəlib. Bu haqda İnterfaks-a Vladimir vilayət qubernatorunun mətbuat katibi Rita Şlyaxova məlumat verib.
“Təəssüf ki, xəstəxanada 2 yaşlarına yaxın oğlan uşağı ölüb. Beləliklə , qəzada ölənlərin sayi 17-yə çatıb””-deyə Şlyaxova bildirib.
Bununa yanaşı, Şlyaxova qeyd edib ki, ölənlərin tatnınması prosesi davam edir. Zərərçəkənlərlə müstəntiqlər məşğul olurlar. Ölüm sənədləri rəsmiləşdirilir.
Bir müddət əvvəl Səhiyyə nazirliyi xəstəxanada 4 nəfərin olduğunu xəbər verimişdi. Onlardan 2-sinin vəziyyəti çox ağırdır.
Sərnişin avtobusu ilə Sankt-Peterburq-Nijni Novqorod reysi ilə hərəkət edən qatar oktyabrın 6-da Vladimir vilayətinin Petuşinsk rayonunda “”Pokrov”” stansiyasının yaxınlığındakı dəmir yolu keçidində toqquşub. Əlavə məlumata görə avtobusda sürücü və 57 sərnişin volub. Qazağıstan XİN-dən verilən məlumata görə avtobusdakı sərnişinlərin 55 nəfəri Özbəkistan və iki sürücü Qazağıstan vətəndaşıdırlar. Sürücülərdən biri hadisə yerində həyatını itirib.
Qəzadan sonra qeyri-qanuni miqrasiya təşkilatına qarşı cinayət işi açılıb və bir Qazağıstan vətəndaşı saxlanılıb.
Yenises.ru“