Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.


Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. “Mən qurama -xəyal ürünləri deyilənlərdən deyil, rastlaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanlar doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm”. Moskvada filminin təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin ssenarisi ve rejissoru olduğu “en yaxşı xarici film“ mükafatı almış “Melekleri taşıyan adam” filmi Hindistan, Bolqarıstandan sonra Moskvada nümayiş olundu.

Filmin Moskvanın “Yunost” kinoteatrındakı ilk nümayişində müəllif özü də iştirak edirdi. Filmə baxış bitəndən sonra türk aktyoru və rejissoru ilə birbaşa ünsiyyətdə olmaq, onun film haqqında düşündüklərini öyrənmək imkanına malik olan filmsevərlərlə müəllif bir araya gəldilər.

“Gönülçelen“ dizisinden rus heyranlarının könlünü çalan Cansel Elçini sevənləri sual yağışına tutdular. Film haqqında təəssüratlarını paylaşan və tamaşaçıda oyatdığı təsiri dinləyən müəllif-rejissorla onlar arasında gözəl polemika yaşandı.

Rus və ya yabançı qızların həyat qadını kimi göstərilməsi, filmin qəhrəmanı –kəndçi, coban Hasanın İstanbulda başına gələn hadisələr fonunda dəyişməsi, faciəsi, sonda ölüb-ölmədiyindən tutmuş, Cansel Elçinin həyatında aktyorluq, yoxsa rejissorluq -deyə hansının daha üstünlüyü belə söhbət mövzusu oldu.

Vkontakte sosial şəbəkəsində Cansel Elçinin fan qrupu səhifəsinin aparıcılarından olanlar arasında onun “Gönülçelen” dizisində pianoda çifa edib-etməməsi üstündə bəhsə girənlər də bu gün o mübahisəyə son vermək üçün burdaydılar.

Hətta kobud ifadələrlə başlanan və açıq səhnələrlə müşaiyət olunan filmin niyə qeyri-etik təsir bağışlamaması da maraq çəkən suallar sırasında idi.

Niyə məhz çoban və niyə kişi olan Hasan?

-Ilk soruya cavab olaraq, çıxışımda da söylədiyim kimi mən erkən yaşda evləndirilmiş həyatalara bir də kişilərin baxış acısından baxmaq istədim. Filmin ana xətti də bunun üzərində qurulub. Filmdə yaşananlar ayrı-ayrılıqda real həyatda birbəbir baş verənlərdir və mən günümüzdə cəmiyyətin ən acı problemlərindən olan uşaq yaşda evliliyin bu tip faciələrə yol açdığını ortaya qoydum. Qadınların uşaq yaşda ərə verilməsi mövzusu işlənmişdi. Mənim əsas kişilərin də belə adətlərin qurbanı olduğuna diqqət çəkməkdi fikirm. Yəni mən bunu bir kişi gözündən anlatmaq istədim. Özüm erkən evlənmiş (atam 19, anam 17 yaşında olanda ailə qurublar-red.) bir ailənin övladı olduğumdan bu mövzu mənə daha yaxındı. Kənd, uşaqkən evliliklə yüklənmiş və o üzdən həyatın bir başqa üzünü –İstanbuldakı həyatı görəndən sonra- fərqli dünyada yaşanmışlığın yaşanmasını görüb geriyə dönmək istəməmək var ki- bu da sonu hər iki halda faciə ilə bitməli. Çünki başlanğıcdan yanlış.

-Yabaçı-rus qızlarının həyat qadını kimi göstərilməsi, həm də İstanbulda. Bu bir az onlara həqarət deyilmi? Bəlkə Hasanı Moskvaya gətirsəydiniz daha məntiqli olmazdımı?))

– Oradakı həyat qadınları məhz rus deyillər. Ümumən yəni xarici-yabançı ölkə qadınlarıdır. Və türk kişilərinin onlara meylli olduğunu bilirsiniz. Hasanı Moskvaya gətirmək baha başa gələrdi-(zarafat edir)

Filmdə söyüş və açıq səhnələrə yer verilib? Sualı yarıda kəsir.

-Amma bu adama o qədər də kobud görünmür. Yəni mənə elə gəlir. Nədən deyə bir sorun. Demək ki, qabalıq, kobudluq o epizoddakı taksı sürücüsünün nalayiq danışmasında deyil, başqa yerdədir. Əxlaqsızlıq tamam başqa şeylərdədir.

-Film göründüyü kimi kiçikbüdcəli bir filmdir. Əgər sponsor olarsa, yeni bir layihə daha gerçəkləşdirərdinizmi?

-Mən kino, sənətlə bağlı bir ideya gerçəkləşdirmək istəsəm bunun üçün sponsor axtarmazdım və axtarmaram. Çünki maddi olan hər şey bitib tükənən və yox olandır. Qalan sənətdir və yaratdığındır. İnsan ölür, onun yaratdığı isə qalır və o onu yaşadır. Xaraktercə də belə bir insanam. Əgər başıma bir ideya gəlirsə və onun uğurlu olacağına inanıramsa, bunu evimi, arabamı satmaq hesabına olsa belə edərəm. Dediyim kimi, hər şey itir, amma sənət qalır.

Cansel Elçin daha çox aktyordurmu, yoxsa ssenarist və ya rejissor?

Mən özümdə bunları ayırmıram. Və hansı mənə daha yaxındır deyə özümə sual vermədim. Hamısı mənim üçün eynidir. Bir-birinə bağlı, bir-birindən qaynaqlanan.

-“Melekleri taşıyan adam”da sanki filmin nöqtəsi çatmır. Hasan öldümü, yoxsa yox- deyə tamaşaçını intizarda qoydunuz? Bunu qəsdənmi belə düşünmüsünüz?

-Maraq gözəl şeydir. İnsan maraqlananda yeni bilgilər əldə etmək istəyir. O ki qaldı Hasana, mən Hasan üçün sonda bir dəfn mərasimi qura bilərdim. Fransa və digər ölkə kinomatoqrafiyasında işlənmiş bu üslub tamaşaçını düşünməyə vadar edir, onun düçüncələrinə müdaxilə etmədən özüylə baş-başa buraxır. Nəticə, son nöqtəni onlar qoyur. Hasanı öldürsə də, yaşatsa da, onun ardınca uzaqlardan bizə baxan oğlu var son səhnədə- o uşağı da o tale gözləyir. Nöqtəsi bu…

Niyə ağladan və pessimist bir son?

-Mən bunu şəxsən öz adıma deyirəm. Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Təbiətən də beləyəm. Məni daha çox düşündürən, ciddi şeylər maraqlandırır.

Tünzalə Vəliqızı,
Moskva
28.05.2018

VİDEO


Bir cavab yazın