“Qalatasaray” Rusiya KİV-ni böhtanda günahlandırır VİDEO


Türkiyənin “Qalatasaray” komandası ilə Krasnodarın “Dinamo” voleybol klubu arasında İstanbulda keçirilən Avropa Kubokunun ½ final oyununda qalmaqal yaşanması haqqında Rusiya KİV-i məlumat yaymışdı. Martın 29-da keçirilən görüşdə “Dinamo” komandasının voleybolçusu Tatyana Koşelyeva şəxsi İnstagram səhifəsində türk tərəfkeşlərinin meydançaya zibil atdıqları və baş məşqçi Ataman Güneyligilin barmaq işarəsi görtərərərək krasnodarlı oyunçuları təhriq eytdiyini yazıb.

Bu xəbər Rusiya mediasında geniş yer alıb və Türkiyədə keçiriən oyunda baş verən bu “mədəniyyəsizlik” kəskin tənqid edilib.

Türkiyənin “Qaltasaray” voleybol klubunun rəsmi saytı bu olayla bağlı açıqllama verib. Türkiyə idman klubu Rusiya KİV-ni böhtanda süçlayıb.
“Qalatasaray” komandası arasında keçirilən oyundan həmin dəqiqələrin videogörüntüsü sayta yerləşdirərək, burada hansı “mədəniyyətsizliyin” olduğu soruşulur.

Xatırladaq ki, bu qarşılaşma 3:2 hesabı ilə Türkiyə komandasının xeyrinə bitib. Oyunun sonunda iki komandanın baş məşqçisi bir-biri ilə əl sıxışıb ayrıldığı da görünür.

/Yenises.ru/


Bir cavab yazın