Mərhum rejissorumuz Mərdan Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Remarka. Köklü- budaqlı küknar. Qaranlıq sənhə. Bir azdan o qaranlıqdan süzülən aydınlıq geriyə-tarixə işıq tutacaq.
Kadrarxası səs: Bu gün bu qoca küknarın altında toplaşan onlarla nağıl qəhrəmanı onlara can verən öz qəhrəmanlarını anmaq üçün səhnəyə çıxacaqlar…
Çoxmu gözlətdim. Əslində onun doğum günü dünən-fevarıln 3-də idi. Xatiriəsinə həsr olunmuş yubiley-anım tədbiri də elə eyni gündə keçirildi. O tədbirdən doğan hüzünlü, bir o qədər də hüzurlu təəssüratlarımı bir daha beynimdə yerbəyer etmək vaxtımı aldı.
Kim idi? Necə adamdı? Nəyi arzulayırdı? Nələri planlaşdırmışdı? Nəyə yanırdı? Nədən qəzəblənib, nədən həyəcanlanırdı?
Moskvada onu tanıyan doğmalar, tanışlar və elə yadlar üçün də sadəcə sənətinin ustası, millətinin fədaisi idi. Moskvada heç bir məclis onun imzasından yan keçməyib.
Hanı günümüzdə Hacibəyovlar, Axundovlar, Mirzə Cəlillər axtarırsınız-elə mən özüm də axtarıaram- ha, amma yanımızdan səssiz-səmirsiz ötüb keçən o varisləri görmürük-adamı yandıran budur. O da məhz sənət, teatr üçün canını qoyan fədailərdəndi.
Kimsə onun haqqında bunun əksini söyləyə bilməz! Qəfil ölümü ilə bizi sarsıdanda da, vida mərasimində söylənmişdi bu etiraf: Bizi bağışlama!
Bu gecə bu ifadələr onun dostlarının dilindən səslənəcəkdi. Hələlıksə…
Mərdan Feyzullayevin 60 illik anımına gələnlərin hər birinin içində “bizi bağışlama”- hıçrıqığının qaldığına əminəm.
Və mərasim məni çuğlayan bu hisslərlə başladı.
Səhnənin arxasının Önündə və ya səhnənin Önünün arxasında dayanan o adam-böyük rejissor günümüzün tələbinə çevrilən “öndəolmaq” üçün oynayanlardan, oynananlardan uzaq, işində idi.
İşi isə.. Sabit Rəhman adına Şəki Dövlət Dram teatrıından başlanan və Moskva “Jar ptitsa” kukla teatırında davam edən sənət yolundan teatrın kollektivi danışdı. Onu Onsuz rejissorluq etdiyi, quruluş verdiyi tamaşalarla danışdırdılar.
Moskvada “Jar ptitsa” kukla teatrında Azərbaycanın Əməkdar artisti, Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli medalı ilə təltif edilmiş mərhum rejissorumuz Mərdan Feyzullayevin 60 illik yubileyi münasibətilə keçirilən anım mərasimi belə başlandı.
Bir dəqiqəlik süküt: Hər tamaşanın sonunda səhnəyə çağırılıb ayaqda alqışlanan o ADAM üçün!
Rusiya paytaxtında ilk Azərbaycan teatrı “Dərviş”in əsasını qoyan tanınmış rejissorun xatirə gecəsində doğma kolllektivi onun quruluş verdiyi və teatrın repertuarından onillərlə düşməyən, anşlaqla qarşılanan tamaşalardan parçalar göstərdilər.
Mərdan Feyzulllayevin iki onillikdə keçdiyi yaradıcılıq yolu çözümləndi. Səhnə arxasından eşidilən yanğılı səssə, uzun illər çalışdığı teatrda rus folkloru, uşaq nağılllarını şəhnələşdirib onun qəhrəmanlarına can verərək balaca tamaşaçılarla qovuşduran, eləcə də digər “işlənməmiş” mövzulara müraciət edərək yeniliklərə imza atan rejissorun çalışqanlığından, əzmindən danışır, dediklərini onun əməyi hopmuş səhnələrlə möhürlənirdi.
Tamaşalardan parçalarla növbələşən rejissorun həyat löhvələrindən hazırlanmış videoçarxda isə Mərdan Feyzullayevin doğulduğu Şəkinin Kiş kəndindən Moskvaya uzanan yol, onun teatr haqqında söhbətləri göstərilirdi. Hər kəs nəfəsini işinə çəkib dərin bir sükutla bu kadrları seyr edirdi.
Və… Xronoloji rəqəmlər: bu tamaşa bu mövsümün ən çox göstərilən, ən çox oynanılan tamaşası olub—adlar sıralanırdı.
Bu gecənin təşəbbüskarlarından biri və mərhum rejissorun dostu jurnalist Cəfər Sadıq səhnəyə şair İlham Bəbəlbəylini dəvət etdi.
Onun yaradıcılığına yaxından bələd olan İlham Bədəlbəyli böyük rejissorun həyat və sənət yolundan saatlarla danışa biləcəyini söyləsə də, bu gün sadəcə bir epizodu xatırldacağını dedi.
“Mərdan Feyzullayev öz teatrını-Azərbaycan teatrı “Dərviş”i yaratmaq arzusunda idi. Bu arzusunu yerinə yetirdi. Biz onun rəhbəri və rejisoru olduğu tamaşalara gəlib sevidnik. Lakin bu gün o haqda danışmayıb sadəcə bir məqamı xatırladacam”- deyə nitqinə davam etdi.
Mərdan məndən son tamaşalardan biri üçün şeir yazmamı istəmişdi. Doğrusu uzun zaman yaza bilmirdim. Bir gün “dərvişi“ özü olan “Dərviş” teatrı haqqında yazmaq beynimdən keçdi və o şeiri 5-10 dəqiqə içində yazdım.
Yazdığı şeiri oxuyan İlham Bədəlbəyli nitqini:-Xoşbəxtəm, xoşbəxtəm ki, “Dərviş” teatrının himninə dönmuş şeiri mən yazmışam-sözləri ilə bitirdi.
Gecəyə ev sahibliyi edən Cəfər Sadıq yaxın dostu haqqında “qəhər imkan versə danışacam”-ifadəsiilə salondakı izləyiciləri də kövrəltdi. “Jar Ptitsa” kukla teatırında qoyduğu tamaşalardan teatr kolektivi danışdı, bu gecə üçün mən teatrın rəhbərliyinə, kollektivinə, onun sənət dostlarına öz adımdan və Azərbaycan tamaşaçıları adından minnətdaram-dedi.
Cəfər Sadıq 6 il fəaliyyət göstərən “Dərviş” teatrında Mərdan Feyzulllayevin M.F.Axundovun, B. Vahabzadənin, C. Vurğunun, Elçinin və s. kimi Azərbaycan ədiblərinin əsərlərinə müraciət edərək, onları səhnələşdirdiyini bildirdi. Teatrın repertuarında olan bu tamaşalar Rusiyanı başdan-başa gəzərək qastrol səfərlərində olub, bir çox səhnələrdə oynanılıb. Və Mərdan Feyzullayevin Rusiyada Azərbaycan teatrını hansı çətinliklə saxladığını, onun yükünü demək olar ki, təkbaşına yükləndiyini, təbii bəzi yardımlar olunsa da, bunun yetərli olmadığını da istər-istəməz xatırlatmalı oldu. Mərdan “Dərviş”i yaratmaqla Rusiyada onu Azərbaycanın bir teatr guşəsinə çevirmişdi-deyən natiq “biz azərbaycanlıların teatr sevmədiyimiz, ona baxmağa gəlmədiyimizin” də bir ayrıca mövzu olduğuna toxundu. “Biz danışanda çox şeylərə qadirik, işə gələndə isə zəifik” –sözləriylə bu günü bu notlarla nöqtələməyərək, gəlin bir-birimizə sağlığında qiymət verək, bir-birimizin qədrini sağlığında bilək- dedi.
Azərbaycanın Əməkdar artisti tarzən Qorxmaz Axundov və onu balabanda müşaiyət edən Nəriman Məmmədov mərhum rejissorun ruhunu onun sevdiyi muğam və mahnıları ifa etməklə yad etdilər.
Rusiyadakı Azərbaycan diasporu nümayəndələrinin, ictimai xadimlər, gənclər, eləcə də rus teatr xadimləri, “Jar ptitsa” kollektivinin iştirakı ilə keçirilən təbdir çay süfrəsi arxasında-açıq mikofonda çıxışlarla davam etdi.
Gecəyə mərhum rejissor Mərdan Feyzullayevin söylədyi bu sözlərlə yekun vuruldu. Moskvada azərbaycanlılaırn döğma bir ünvanl var: O ünvan Stromınko 3 ünvanıdır.
Tünzalə Vəliqızı, Moskva
04.02.2019
FOTOLAR