WorldFood Moscow


Azərbaycan  nemətləri ilə   26-cı "WorldFood Moscow"  Ərzaq  məhsulları sərgisində Moskvanı “fəth edir”
Sentyabrın 11-də də Mərkəzi Sərgi Kompleksi “Eksposentr” –də 26-cı Worldfood Moscow” Beynəlxalq Ərzaq məhsulları sərgisi öz işinə başlayıb. Dünyann 65 ölkəsindən 1500 şirkətin qatıldığı sərgidə Azərbaycan 30-dan çox ixracatçı şirkət ilə təmsil olunur. Həm də bu il 26-cı “Worldfood Moscow” Ərzaq məhsulları sərgisində ölkəmiz Rusiyanın tərəfdaşı kimi iştirak edir.

“Made in Azerbaijan” vahid stendində nümayş etdirilən Azərbaycan qida sənayesinin məhsulları, mineral sular, şərablar, qənnadı məmulatları sərgiyə gələnlər və o cümlədən iştirakçı ölkələrin təmsilçilərinin diqqətini cəlb edib.

Azərbaycan tarixi mədəniyyətinin simvolu Qiz Qalası və Şirvanşahlar sarayını xatırladan Azərbaycan stendində xalça sənətini və mətbəximizin nümunələrini əyani nümayiş etdirən milli geyimli qizlarımız da sərgiyə daha bir rəngarənglik qatıb. Odlar ölkəsinin təbii nemətlərini, təamlarını dadanlarda yaranan xoş təəssüratı isə üzlərdəki məmnun ifadə təsdiq edib.

“Azərbaycanın bu sərgidə partnyor ölkə kimi iştirak etməsi – “Made in Azerbajian” stendinin diqqətləri öz üzərinə yönəltməsi məhsullarımızın dünya bazarına çıxışını genişləndirəcəyinə yaradılan imkan kimi dəyərləndirmək olar””.

Sərgidə iştirak edən “Azəri” LLC şirkətinin rəhbəri Səbuhi Hüseynov Yenises.ru ilə təəssüratlarını bölüşərkən belə deyir.

“Sərginin başlandığı 2-cü gün ərzində stendimizi yüzlərlə iş adamı, xarici şirkət nümayəndələri ziyarət edib. Yanımızdan keçən ayaq saxlamadan, nemətlərimzdən dadmadan getməyiblər. Bu gün sərginin sonu ( sentyabrın 12-si saat 18:00) olmasına baxmayaraq adamlar hələ də sendimizə yaxınlaşır və Azərbaycanda istehsal edilən çoxçeşidli məhsullarımızla maraqlanırlar”.

Səbuh Hüseynov onu da qeyd edir ki, sərgidə iştirak edən 30 Azərbaycan şirkətinin istehsalı olan məhsullara bu il maraq daha çoxdur. Bu marağı artıransa həm də ölkəmizin vahid partnyor ölkə olaraq iştirak etməsidir.

Sərginin 2-ci günü yerli şirkətlərlə bir sıra müqavilələr imzalanıb. Xatırladaq ki, Worldfood Moscow” Beynəlxalq Ərzaq məhsulları sərgisi sentyabrın 15-nə kimi davam edəcək.

Tünzalə Vəliqızı
Moskva “”Eksposentr”

FOTO


Bir cavab yazın