Yekaterinburqda qız 18-ci mərtəbədən yıxılıb, bir sümüyü belə sınmayıb


Yekaterinburqda həkimlər hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən yıxılaraq sağ çıxan 20 yaşlı qızda bir dənə də olsun sınıq tapmayıblar. Onun həyatı təhlükədə deyil. Bu barədə məlumat Telegram-da yer alıb.

“Yekaterinburqda 18-ci mərtəbənin pəncərəsindən yıxılan qızın bir dənə də olsun sınığı olmayıb. Daxili qanaxma və göyərmə ilə xəstənin vəziyyəti stabildir. Qurban yumşaq yerə yıxılıb”, – “Ural Mash” teleqram kanalı yazır.

Yekaterinburqlu qadın Aviatsionnaya küçəsində yerləşən “Premyer-2” hündürmərtəbəli yaşayış kompleksindən yıxılıb. Qonşu onu evin pəncərələrinin altında tapıb və həkimləri çağırıb. Bundan sonra qız xəstəxanaya yerləşdirilib.


Bir cavab yazın