Yeni iPhone 6 və iPhone 6 Plus satışa çıxdı


Əvvəldən də xəbər verildiyi kimi bu gün, sentyabrın 19-da dünyanın bir neçə ölkəsi- ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Hanqoq, Yaponiya, Puerto-Riko, Sinqapur və Böyük Britaniyada yeni Apple iPhone 6 və iPhone 6 Plus smartfonlarının satışına start verilib. Artıq ilk alıcılar yeni model mobil telefonlarının ləzzətini çıxardırlar. Bəzi yerlərdə fanatlar yeni mobil telefonlara sahib olmaqdan ötrü səhərin gözü açılmamış növbə tutublar.

Böyük Apple Store magazalarının qarşısında çadır şəhərciyi belə təşkil edilib. iPhone həvəskarları mağazanın qapısı ağzında yatmaga razı olublar. Təki korpusunda alma şəkli olan aparatı ala bilsinlər. Əslində qeyri-adi heç nə baş verməyib. Hər il oldugu kimi bu il də iPhone ailəsindən olan yeni modelin buraxılışı ənənəvi ajiotajla qarşılanıb.

Sinqapurda yeni iPhone-nun ilk alıcıları Justin Chow və Jessica Koh olub. Onlar SingTel mağazasına səhər saat 05:45 razələrində gəlib və 08:00-kimi açılmasını gözləyiblər. Bu sinqapurlular 100 nəfərlik növbədəkilərdən birincilər olublar. Justin Chownun sözlərinə görə o sadəcə iPhone 6 almaq üçün səhər daha tez gəlib, planında birinci olmaq olmayıb. O, boz rəngli 64 GB yaddaşı olan iPhone 6 alıb.

Bütün dünya üzrə isə iPhone 6-nın ilk alıcısı Avstraliyanın Sidney şəhərindən olan Salvatore Geras olub. O, keçən həftə hələ Apple-ın anonsundan qabaq növbə tutub. Geras bir neçə aparat alıb və onlardan şirkəytinin inkişafı üçün hədiyyə kimi istifadə edəcək. Avstraliyanın digər mağazalarında- Sidney, Melbrun, Adeliadedə uzun növbələr düzülüb. Bir neçə alıcı ABŞ-dan və Braziliyadan Avstraliyaya uçaraq telefon almaga gəliblər.

/Yenises.ru/


Bir cavab yazın