YENİ SƏS saytının redaktoruna
Hörmətli redaktor! Bu kiçik nəzirəni Ulu Mirzə Ələkbər Sabirin yubiley ilində Sizə göndərməyimin yeganə səbəbi, görkəmli şairimizin sağaltmağa çalışdığı yaraların bu gün daha da tüğyan etməsindən kədərləndiyimin təzahürüdür. Mən şair deyiləm və dahi şairə nəzirə yazmaq kimi hədsiz cəsarətim üçün ilk növbədə onun ruhu qarşısında baş əyərək üzr istəyirəm. Nəzirədə nöqsan tutmağa çalışan çoxsaylı şair həmyerlilərimizdən xahiş edirəm meydana təzə rəqib gəlir iddiasıyla xoflanmasınlar, şeirlərini yazmağa davam etsinlər.
Yazının virtual aləmdə yola çıxacağı ümidiylə, Sidqi
MƏNİMDİ BU MƏMLƏKƏT, DAĞIDIRAM, PUL GƏTİR!
Mənimdi bu məmləkət, dağıdıram, pul gətir!
Dinləmərəm söz-həkət, bağırıram: pul gətir!
ATƏT-matət bilmərəm, burda qərar mənimdi,
ATƏTi də saxlayan mənim neft mədənimdi,
Mənə kəc baxan gözə elə ATƏT qənimdi
Qoyun olsun fərq etməz, oxuduram, pul gətir!
Mənimdi bu məmləkət, dağıdıram, pul gətir!
Misri qılıncı kəsən mərd nazirim var mənim,
Nazir deyil, təhsildə sanki pirim var mənim.
Məclisdə gulər üzlü incim-dürrüm var mənim.
İnək sudu istəməz, xalq sağıram, pul gətir!
Mənimdi bu məmləkət, dağıdıram, pul gətir!
Elim şaddır qurduğum bu müstəqil büsata,
Ali məktəb buraxır diplomlu beşlik taxta,
Vəkil ola bilməyən car çəkir camaata,
Guya alırlar rüşvət, inanmıram, pul gətir,
Mənimdi bu məmləkət, dağıdıram, pul gətir.
Sevinclə qoruyuram Sabirin kitabların
Cutlənib, ay Qaynana, sənin ayaqqabların
Gön soymağa hazırdı dünənki əhbabların.
Arabadan düşdünsə, mən nağarım, pul gətir,
Mənimdi bu məmləkət, dağıdıram, pul gətir.
Görüləsi işim var, ortalıqda gəzmərəm,
Başçımı, vəkilimi səndən ötrü əzmərəm,
Mənə əngəl olanın sağlığına dözmərəm.
Var məndə bu cəsarət, basdıraram, pul gətir,
Mənimdir bu məmləkət, dağıdıram, pul gətir!