Yevtuşenkovun həbsi Rusiya iqtisadiyyatı üçün təhlükə doğuracaq
Qərb mətbuatı dollar milyarderi Yevtuşenkovun həbsini digər biznesmenləri təşvişə salacağı və Qərbin sanksiyalarını hiss edən Moskvanın yeni iqtisadi “qayda””ya keçməsi ilə bağlayıb. Yevtuşenkov Xodorkovski ilə müqayisə edilir…Amma o siyasi fiqur deyil.
The Guardian “”Sistem”” maaliyyə səhmdar korporasiyasının başçısı Vladimir Yevtuşenkovun həbsinin Rusiya iqtisadiyyatının gələcəyini təhlükə altına alacağını yazıb.
Xatırladaq ki, “”Sistem””-nın əsas rəhbəri dollar milyarderi Vladimir Yevtuşenkov 16 sentyabrda ev dustağı edilib. Müstəntiqlər ona qarşı “”qeyri-qanuni yolla mülkün leqallaşdırılması”” ittihamını irəli sürüblər. “”Sistem”” MSK-nın özündə isə Yevtuşenkova qarşı sürülən ittihamın “”tam əsassız”” olduğunu hesab edirlər.
“”Yevtuşenkovun Xodorkovskidən fəqrqli olaraq siyasi füqur olmaması Rusiya biznesmenləri üçün xüsuslilə təşviş doğurucudur””-deyə “”Qazeta.ru”” The Guardian-dan sitat gətirib. Qəzet əksinə olaraq Yevtuşenkovun məqsədli şəkildə neytral mövqedə dayandığını qeyd edir.
The New York Times isə Yevtuşenkovun ev həbsinə alınması Rusiya fond bazarına “”zərbə dalğası”” gətirdiyini xatırladır. Mətbu orqanı “”Sistem””in başçısının müxalifət siyasətində iştirak etmədiyinə də diqqət çəkir. “”Yevtuşenkov heç baxt siyasi mövzularda danışmayıb və siyasi aktivlik nümayiş etdirməyib””.
The Financial Times bir sıra digər qərb qəzetləri kimi Yevtuşenkovun qəfil həbsini Xodorkovskinin işi ilə müqayisə edib. Orqan sərmayəçi və analtiklərin fikrindən sitat gətirərək, geopolitik gərginliyin və qərb sanksiyalarının artması Moskvaya yeni iqtisadi “”qayda”” qoydurur-deyə vurğulayıb.
Nəhayət, The Wall Street Journal yazır ki, Yevtuşenkovun əleyhinə iş Rusiya bazarının Qərb sanksiyalarının nəticələrini hiss etdiyi və Rusiya iqtisadiyyatının enmə həddinə gəldiyi vaxtda açılıb.
/Yenises.ru/“