Yüqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı hələ ələ keçirilməyib


Yüqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı hələ ələ keçirilməyib
Biryulovoda öldürülən 25 yaşlı Yeqor Şerbakovun öldürülməsində şübhəli bilinən, Rusiya Daxili işlər nazirliyi tərəfindən kimliyi müəyyən edilən 31 yaşlı Orxan Zeynalovun axtarışı davam edir.

Azərbaycan Daxili işlər nazirliyinin Rusiyadakı nümayəndəsi polis polkovniki Eldar Səmədov Yenises.ru saytına verdiyi açıqlamda şübhəli qismində axtarılan şəxsin Zeynalov Orxan Zahid oğlu olduğunu təsdiq etdi.

“Axtarılan şəxs Azərbaycanın Şəmkir rayonunun Seyfəli kənd sakinidir. Təxminən 3 il əvvəl Moskvaya işləməyə gəlib və tərəvəz bazasında tərəvəz ticarəti ilə məşğul olurmuş”-dedi.

Rusiyadakı nümayəndəmiz “Orxan Zeynalovun Azərbaycanda da axtarışda olması ilə baglı söylənənlərə barədə isə “bu haqda hələlik heç bir şey deyə bilməyəcəyini” bildirdi.

“Hazırda Rusiya hüquq- mühafizə orqanlarının qətldə şübhəli bilinən azərbaycanlını axtarışı davam edir. Onun qatil olması barədə qəti fikri isə, ələ keçəndən sonra istintaq orqanları müəyyən edəcək”-deyə Azərbaycan daxili işlər nazirliyinin Rusiyadakı nümayəndəsi əlavə etdi.

Xatırladaq ki, 25 yaşlı Yeqor Şerbakov 10 oktyabrda Moskvanın Biryulovo rayonunun qərbində gecə saatlarında sevdiyi qızın gözləri önündə ürəyinə bıçaq zərbəsi yetirilərək qətlə yetirilib. Qətlin hansı motivdən törədildiyi bilinmir.

Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/


Bir cavab yazın