Yüzüncü 8 Martmı?
Tarixi statusu-Qadının əməyinin istismar olunmasına qarşı etiraz etməsi!
O gün “Boş qazanlar” tətili adlandırılan yürüşdə qadınıar Nyu-York küçələrinə axışaraq iş saatının azaldılması, əmək haqqının artırlmasını tələb etdilər. Bu 1857-ci ilin 8 Mart günü idi.
O gün sonradan dünyanın hər yerində haqqını, hüququnu tələb edın qadınların etiraz dalgasına bir təkan oldu.
1910-cu ildə Kopenhagendə Qadınların Beynəlxalq konfransında Klara Setkin 8 Martın qadınlar bayramı kimi qeyd edilməsini dilə gətirdi.
Bu gün ilk dəfə Rusiya tarixində 1913-cü ildə Sankt-Peterburqda qeyd edilib.
1917-ci il fevralın son həftəsində qadınlar “Çörək və sülh” şüarı ilə küçəyə çıxıblar.
1965-ci ildə Sovet İttifaqı zamanında rəsmi bayram statsusu alaraq 8 Mart Beynəlxalq qadınıar günü kimi bayram edilib.
Sovet İttifaqı dağılandan sonra da bəzi MDB ölkələri bunu rəsmi bayram kimi saxlayıblar.
1977-ci ildə 8 Mart Qadınlar günü ilə bağlı BMT qətnamə qəbul edərək, qadın hüquqları uğrunda mübarizə günü kimi bütün ölkələri bunu rəsmiləşdirməyə çağırıb.
Illər keçdikcə siyasi statusuna yeni çalarlar qatdığımız bayram, qadına məhəbbətin təzahürü, qadın əməyinə təşəkkürün izharı olub.
Əməyinizin,əməlinizin bayramı mübarək, əziz qadınlar!
Yenises.ru sosiologiya şöbəsi