Zirəddin Rzayev Azərbaycan vətəndaşlığından imtina etdi


Zirəddin Rzayev  Azərbaycan vətəndaşlığından imtina etdi
Aldığımız məlumata görə tanınmış ekstrasens Zirəddin Rzayev Azərbaycan vətəndaşlığından imtina edib. Məlumatı dəqiqləşdirmək üçün ekstrasenslə əlaqə saxladıq. Yenises.ru-nun ekstrasensə ünvanladığı “Azərbaycan vətəndaşlığından imtina etmisnizmi?” -sualına Zirdəddin Rzayevin cavabı belə oldu:

-Bəli, bu həqiqətdir. Çox maraqlıdır ki, bu informasiyanı haradan aldınız. Sizdən heç nə gizlətmək olmur. (gülür)

-Bunu sizin son zamanlar bütün müsahibələrinizdə hiss etdiyimiz və ya etdirdiyiniz Azərbaycanla küskünlüyünüzə bağlamaq olarmı?

-Xeyr! Mən Vətənimdən küskün deyiləm. Sadəcə qanunsevər insan olduğum üçün bu addımı atdım. Çünki Azərbaycan Respublikasının Konstitusiyasında ikili vətəndaşlığa yol verilmir. Bu qanun Rusiya Federasiyasının qanunvericiliyində də belədir. Mən bir ildən çoxdur ki, Rusiya vətəndaşlığını qəbul etmişəm. Qəbul etdiyim andan da Azərbaycan Respublikasının Rusiyadaki səfirliyinə müraciət etmişdim ki, hər iki dövlətin Konstitusiyasında ikili vətəndaşlığa yol verilmədiyi üçün məni Azərbaycan vətəndaşlığından azad etsinlər. 26 dekabr 2012-ci tarixində cənab prezidentimiz İlham Əliyevin göstərişi ilə məni Azərbaycan vətəndaşlığından çıxartdılar.

-Azərbaycan vətəndaşlığından çıxmağınız sizi müəyyən mənada Azərbaycandan uzaqlaşdıracaqmı, bizə yadlaşmayacaqsınız ki?

-Mən belə düşünürəm ki, sənədlərdə azərbaycanlı kimi göstərilən hər kəs azərbaycanlı demək deyil. Azərbaycanlı olmaq -Azərbaycanı sevmək, onun folkloruna, milli-mənəvi dəyərlərinə bağlı olmaq deməkdir. Mən bu dəyərlərə hər zaman bağlı olan bir insanam.

-Sizə ikili vətəndaşlıq təklif etsəydilər bunu qəbul edərdinizmi?

-Mənə belə bir təklif olmadığı üçün bu suala cavab verməyə çətinlik çəkirəm-deyə ekstrasens bildirdi.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın