Zirəddin Rzayev nadir it cinsi çoxaltma biznesi qurub
Tanınmış Ekstrasens Zirəddin Rzayev “insanların dostu”” olan itlərin saxlanması və çoxaldılması biznesi qurub. Rusiyanın Ekspress qəzeti “”Esktrasenslərin yarışı”” 6-cı sezonunun finalçısı olan soydaşımızın kölgəyə çəkilmədiyi, vaxtaşırı Rusiya telekanallarında, o cümlədən hazırda TNT-nin “”Ekstrasenslər istintaq aparırlar”” proqramında mütəmadi olaraq iştirak etdiyi, onun “”sehrli sexdəki həmkarlarından”” fərqləndiyindən yazıb.
Ekstrasensliklə paralel it saxlama ilə məşğul olan Zirəddin Rzayev qəzetə müsahibəsində bunun hobbi deyil, ev heyvanı yetişdirmə biznesi olduğunu söyləyib.
Dünyada yeganə olan malakl it cinsi yetişdirməyə başlayan Zirəddin Rzayev- “”Təsəvvür edə bilməzsiniz ki, mən nə qədər xoşbəxtəm””- sözləriylə hisslərini paylaşıb. -Mənim çoxlu itlərim var və mən onları sevirəm. Hətta onlarla düzgün rəfar edə bilim deyə 2014-cü ildə Aqrar universitetini bitirib “”kinoloq”” ixtisasına yiyələndim.
Zirəddin Rzayevin İtlərdən ən çox ürəyinə yatan çox qədim Türk mastifi sortundan olan malakldır. Bu tanınmayan cinsi Türkiyənin özündə belə yetişdirmirlər. Həmin sort itləri ölkədən kənara çıxarmaq ciddi şəkildə qadağandır. Onun bir küçüyünü gətirməkdən ötrü, ekstrasens Türkiyə hökümətindən xüsusi icazə alıb.
“”Malakl itləri iri itlərdir. Çəkiləri sentnerə yaxın, boyları isə bir metrə qədər olur””. Zirəddin Rzayev onun heyvanxanasında 4 belə itin olduğunu deyib.
Ekstrasens sevimli Bozo adlı itinin bu günlərdə doğduğu və daha 8 ağızın artdığından danışıb. İtləri üçün Moskva ətrafında ekoloji cəhətdən təmiz olan yerdən torpaq sahəsi alıb xüsusi it damı tikdirən Zirəddin Rzayev, itlərə gecə-gündüz veterinar və özünün yardımçıları tərəfindən nəzarət edildiyini də qeyd edib.
“”Hər bir itin genetik elektron kartı var. Bununla biz doğulan küçüklərin sonrakı taleyini izləmə imkanımız olacaq””.
“”Belə çıxır ki, sizin sayənizdə hamı bu nadir cinsli iti alıb, ona sahib ola biləcək?””- sualına Zirəddin Rzayevin cavabı mənfi olub. O, it damının qapalı olduğunu və malaklı hər istəyənə satmayacağını vurğulayıb.
“”Mən əmin olmalıyam ki, itin gələcək sahibi onu hər bir şeylə təmin edə biləcək durumdadır. Onun ölçüsündə it damı, keyfiyyətli yeməyi var. Ən əsası isə it döyüşündə iştirak etməyəcək””.
Ekstrasens bütün bunlara əməl edilməsi üçün alıcı ilə aralarında xüsusi müqavilə bağlayacaqlarını, “”Əsasən Türkiyədə bəslənən bu itə hər istəyənin sahib olmasının o qədər də asan olmayacağını””- bildirib. Onu da əlavə edib ki, bu nadir cinsin küçüyünün qiyməti 10 min dollardır.
Tünzalə
/Yenises.ru/“