Zirəddin Rzayev oğlu Ruslana möhtəşəm toy etdi Eksklüziv


Zirəddin Rzayev  oğlu Ruslana möhtəşəm toy etdi  Eksklüziv
Rusiyalı tanınmış ekstrasens Zirəddin Rzayevin oğlu Ruslana kiçik toy edəcəyi haqqında məlumat vermişdik. Dünən Moskvanın möhtəşəm restoranlarından biri olan “Napaleon”da təntənəli kiçik toy məclisi baş tutub.

Məclisi Rusiyanın Ru Tv kanalının məşhur aparıcıları Maks və Dilya açaraq qonaqları ev yiyəsi adından salamladı. Aparıclıar Azərbaycanı Rusiyada tanıdan dostları Zirəddin Rzayevi təbrik etməklə yanaşı, bu torpağın dünya şohrətli sənətkarlar yetişdiriyini söylədilər. Sonra qonaqları salamlamaq üçün səhnəyə ev sahibləri-kiçik bəyin atası Zirəddin Rzayev və xanımı Ellada Rzayevanı dəvət etdilər. Zirəddin Rzayev Azərbaycan milli adət-ənənələrindən gələn bu mərasim xalqımızın adətlərinə hörmət nümunəsi olmaqla yanaşı, bu gözəl günü yaxınlar və dostlarla bölüşmək bizim bir-birimizə bağlılıq və sevgimizin təzahürüdür-dedi. “Bu günü mənimlə paylaşan hər kəsə xoş gəldin deyirəm və gəldiyiniz üçün hamınıza minnətdaram”.

Aparıcı Maks xeyir-dua üçün bu məclisdə sənətiylə Rusiyanı çoxdan fəth etmiş, mahnıları Rusiya estradasında bir çox ifaçı tərəfindən hitə çevrilən xalq artisti , Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlunu səhnəyə dəvət etdi. Zirəddinlə dostluq edib ailəsinə yaxın olduğunu söyləyən. “müsəlmanlığa” ilk qədəmini atan Ruslan balanı təbrik edən səfir Zirəddinin Rusiyada Azərbaycanı layiqincə təmsil edən azərbaycanlı olduğunu vurğuladi. Onun ailəsinə və ekstrasensin anası Şahnaz xanıma gözaydınlığı verdi.

Sonra səhnəyə gecənin nəğməli qonağı, Rusiya estradasında da tanınmış olan azərbaycanlı müğənni Nadir Qafarzadə çıxdı. Polad Büıbüloğlunun reperturaından oxuduğu “Gəl ey səhər” mahısını oxudu. Səfir Polad Bülbüloğlu Nadirin ifasını bəyəndiyini gizlətmədi.

Gecədə bundan sonra daha maraqlı anlar yaşandı. Rusiya estrada ulduzları Katya Lel, Mart Romanov, Belarusiyadan bu məclisə məxsusu təşrif buyurmuş məşhur gitara ustası İrina İqnatyukun çıxışı alqışlarla qarşılandı.

Kiçik toy statusundan daha çox Rusiya və Azərbaycan estrada müğənnilərinin canlı konsertıni xatırladan şənlikdə yadda qalan məqamlardan biri isə İlhamə Quliyevanın canlı ifası oldu. Müğənninin çıxışından sonra restoranı toy şənliyində iştirak edənlərin “bir daha” sədaları bürüdü.

Mugənni Nazənin, Xumar Qədimova, Azərbaycanı Avrovoziya 2010-da təmsil edən Səfurə Əlizadənin bir-birindən şən mahnılarına bütün məclis qol götürüb oynadı. Məclisin daha bir nəğməli qonağı isə “Rusiaynın imperatoru” ləqəbini almış Adil Karaca oldu. Şənlikdə Zirəddin Rzayevlə birgə türk və azəri mahnıları oxuyan sənətçi çox sıx proqramı olsa da bu məclisə vaxt ayırmağı özünə borc bildiyini və bü gün qardaşının məclisində olduğunu dedi.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın