Zirəddin Rzayevdən açıqlama
Tanınmış ekstrasens Zirəddin Rzayevin Rusiyanın “Perviy”” telekanalında efirə gedən “”Davay pojeninsya”” proqramına evlənməyə gələn Mart Romanovun dostu sifətində verilişdə iştirakı Azərbaycanın bəzi KİV-də tənqidə tüş olub.
Bununla bağlı Yenises.ru saytına açıqlama verən Zirəddin Rzayev məsələyə aydınlıq gətirdi. Ekstrasens Mart Romanovun “”psevdonim”” və ya bizim dillə desək ləqəb götürdüyünü bilmədiyini söylədi. Zirəddin Rzayev onu da əlavə etdi ki, o Mart Romanovu Rusiyanın tanınmış estrada müğənnisi kimi tanıyır, bir incəsənət adamı kimi sənətinə hörmətlə yanaşır.
“”Mart Romanovun Radik Babayan olduğunu efirdə duyan kimi hücuma keçən KİV nədənsə tələsib””- deyə o da öz növbəsində bu xəbərə etirazini bildirdi.
“”KİV belə araşdırma aparandırsa, o zaman Mart Romanovun anasının yəhudi, özünün isə Çeçenistanın Qrozni şəhərində doğulduğunu da qeyd edəydi””.
Hər zaman qərəzsizlik mövqeyindən çıxış etdiyini xüsusi ilə vurgulayan bəzi mətbuat orqanlarının ona qarşı olan bu qərəzini başa düşmədiyini də bildirdi.
“”Rusiya kimi çoxmillətli bir dövlətdə erməni ilə azərbaycanlının efirə birgə çıxmasında qəbahət görməsəm də, onların təəssübkeşliyini anlayıram. Amma mənim tanımadığım bir erməni millətinin nümayəndəsi olduğu deyilən estrada müğənnisi ilə efirdə görünməyimdə siyasi səhv görmürəm””- dedi.
Zirəddin Rzayev onu da qeyd etdi ki, mən Mart Romanovun yaxın dostu olsaydım, onun Radik Babayan olduğundan xəbərim olar və təbii ki, onun dostu sifətində efirə çıxmazdım.
Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/“