Əliyev Qarabağda “İskəndər –M”-dən istifadə məsələsini Putinlə müzakirə etdiyini deyib
İlham Əliyev Rusiya prezidenti Putindən Şuşa şəhərində “İskəndər-M” raketinin qalıqlarının aşkar edilməsi sualına cavab almadığını deyib.
Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, aprelin 1-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Şuşa şəhərinə atılmış “İskəndər-M” raketinin ermənlərin əlinə necə düşdüyünu soruşub.
“Sonra aprelin 4-də bizim Müdafiə nazirliyimiz Rusiya müdafiə nazirliyinə raket qalıqlarının aşkar edilməsi foto və videomaterialla təsdiqləndiyi göstərilən rəsmi məktub göndərib. Doqquz gün keçib, amma hələ məktuba cavab almamışıq “–deyə Bakıda keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonrakı inkişaf və əməkdaşlıq ” konfransında çıxışı zamanı bildirib.
Azərbaycan prezidenti Rusiya hökümətinin Dağlıq Qarabağda münaqişə zamanı “İskəndərlərdən” istifadə edilməsinin inkar etdiyini xatırladıb. “Əvvəl Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyirdi ki, Ermənistan ondan istifadə etməyib. Onlar məgər Ermənistan Müdafiə Nazirliyini yoxlayırdılar? Hardan bilirdilər ki, bütün raketlər anbardadır? Sonra Rusiya prezidentinin mətbuat-katibi Dmitri Peskov “İskəndərdən” istifadə etmədiklərini söylədi. Amma qalıqları burada-Bakıda- Hərbi Qənimət parkındadır. Gəlib baxmaq olar”-deyib İlham Əliyev.
“Bizim bunun necə olduğu haqda versiyamız var. Ancaq biz rəsmi cavab gözləyirik”-deyə Azərbaycan prezidenti vurğulayıb.
Raketin qalıqlarının müharibə bitdikdən bir neçə ay sonra aşkar edilməsi fakına gəlincə isə İ. Əliyev bunu hava şəraiti ilə əsaslandırıb. “Şuşaya çoxlu qar düşmüşdü. Qar əriyəndən sonra biz onları tapdıq”-deyə izah edib.
Yenises.ru