Vahid Ələkbərov neftin qiyməti dibinə düşüb, dahası yox deyib
“Lukoyl”” neft şirkətinin başçısı, milyonçu Vahid Ələkbərov neftin qiymətinin lap dibinə qədər düşdüyünü deyib. Bu haqda RİA Novosti-nin məlumatında deyilir.
“”Mən hesab edirəm ki, bir səbəbə görə neft artıq dibinə qədər aşağı düşüb: real olaraq neft bazarında qiymətlərə təsir edən qazmanın həcmindəki o aktivlik nümayiş olunmur- “”-deyə Vahid Ələkbərov bildirib.
Agentlik qeyd edir ki, 2014-cü il yayın əvvəlindən Brent markalı neftin qiyməti iki dəfə ucuzlaşaraq barreli 100 dollardan 50 dollara düşüb. Sonra OPEK ölkələrinin noyabrın 27-də neftin bir günlük hasilatı kvotunun 30 milyon barrel həcmində saxlanması qərarı qiymətlərin enməsinə sürətləndirdi.
2015-ci ilin başlanğıcında neftin qiyməti 45 dollar həddinə qədər endi. lakin yanvarın sonu və fevralın əvvəlində vəsaitin qiyməti yenidən qalxaraq, Brent markalı neftin dəyəri 60 dollara çatdı.
Şirkət başçısı onu da deyib ki, sanksiya götürüldükdən sonra “”Lukoyl”” İrana qayıtmağı planlaşdırır. O, Tehrana qarşı sanksiya tətbiq edilənə qədər şirkətinin Anaran yatağının geoloji kəşfiyyatında aktiv iştirak etdiyini xatırladıb.
Milyonçu onu da əlavə edib ki, şirkət 2016-cı ildən sonra İran və Meksikada aktivlər almağı düşünür. “”Bəli, biz bir sıra layihələrə baxırıq, lakin bunlar 2015-2016-cı illərdə olacaq. Bu iki il ərzində biz bir sıra meqalayihələrimizin həyata keçirilməsi əməliyyatına başlamalıyıq. Ona görə diqqətimizi bu layihələrin reallaşmasına yönəltmişik””-deyə “”Lukoyl”” prezidenti söyləyib.
/Yenises.ru/“