Əliyev və Ərdoğan TANAP qaz boru kəmərinin açılışında iştirak edib



İyunun 12-də Türkiyənin Əskişəhir əyalətində Trans Anadolu qaz boru kmərinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan və Türkiyə prezidentlərindən başqa Serbiya və Ukraynanın da dövlət başçıları iştirak ediblər.

Qaz kəməri ilə Azərbaycan qazı Türkiyəyə və oradan da Avropaya nəql ediləcək.

TANAP-ın açılış mərasimi kompressorölçmə stansiyasında baş tutub. Türkiyənin prezidenti Receb Tayyib Ərdoğan qeyd edib ki, bu layihəni “Enerji İpek Yolu”” adlandırırlar-deyə TASS-ın məlumatında bildirilir.

TANAP- boru kəməri 16 milyard kub metr həcmində qazötürmə gücünə malikdir. Onun 6 milyard küb metrini Türkiyə alacaq və qalan 10 milyard kub metr Avropaya ötürüləcək.

Qeyd edək ki, mayın 29-da Azərbaycan rəsmi şəkildə “”Cənub Qaz Koridorunu “” açıb. Birinici qaz nəqli TANAP boru kəməri ilə Türkiyəyə göndərilib.

Yenises.ru


Bir cavab yazın