Aynişan Quliyeva “O səs Türkiyə”yə “Gəl, ey səhər”lə möhürünü vurdu
Türkiyədə yayımlanan “O səs Türkiyə” musiqi yarışmasının noyabrın 2-də keçirilən növbəti proqramında müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da iştirak edib. Fikrət Qocanın sözlərinə Polad Bülbüloğlunun bəstələdiyi və Türkiyədə də çox sevilən “Gəl, ey səhər” mahnısı ilə Aynişan Quliyeva bütün münsiflər heyətini özünə sarı döndərə bilib. Aynişan Quliyeva ifası ilə gecəyə möhürünü vurub.
Münsiflər heyətinin Polad Bülbüloğlunun ifasında çox sevdikləri “Gəl, ey səhər” mahnısını Murat Boz səhnədə Aynişan Quliyeva ilə birlikdə oxuyub.
Xatırladaq ki, bir müddət İfaçılığına ara verən Aynişan Quliyeva səhnəyə məhz “O səs Türkiyə” yarışması ilə dönərək yeni bir başlanğıc etdiyini bildirib.
Münsiflər heyəti ilə xoş təmas quran azərbaycanlı iştirakçı Murat Bozun dəstəsində məşğul olmağı seçib.
/Yenises.ru/