Putinin media kapitanları ilə qapalı görüşündən xəbər sızdırdılar
Onun məzmunu haqqında detalları iştirakçılar paylaşıb. The Bell bu haqda yazdığına görə xəbəri uçuran olub…
Kremlsə Putinin baş redaktorlarla görüşməsinin təfərrüatının sızdırılmasından məyusdur.
Və görüşün niyə xalqa açıq olmadığı da şərh edilib. Bu barədə RF prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov açıqlama verib. O, prezident Putinin baş redaktorlar və KİV rəhbərləri ilə qapalı görüşünün detallarının paylaşılmasına təəssüf edib.
“Təəssüf ki, söhbət iştirakçılarının bir neçəsi vaxt itirmədən görüşün nəticələrini, sadə dillə desək onun bir hissəsini həmkarlarımla bölüşüblər. Buna görə təəssüf edirəm. Mətbuatla görüş hər hansı bir qeyd alıtına alınmamaq şərtiylə keçirilib-deyə söyləyib. Məhz belə bir rejim açıq atmosferdə bizə aydın olmayan suallara cavab tapmağa imkan verir”.
Onun sözlərinə görə baş redaktorlarala görüş ona görə qapalı şəraitdə keçirilib ki, onların öz fikrilərini sərbəst şəkildə söyləmək və aktual olan sualları müzakirə etmək imkanı olsun.
İnformasiyanın sızdırılması “ bizim güvən atmosferimizi zəiflədir”.
“Mən üzümü bu informasiyanı yayanlara tuturam, ümid edirəm ki, bu tipli söhbət rejimləri haqqında anlaşmamıza bundan sonra riayət ediləcək”-deyə Peskov deyib.
Onun sözlərinə görə söhbət ənənəvi olaraq uzun sürüb. Görüşdə 35 jurnalist iştirk edib. Onların bir müddət əvvəl keçirilən etiraz aksiyalarıyla bağlı çağırılmadığı da vurğulanıb.
“Bunun qanunsuz aksiyalarla heç bir əlaqəsi yixdur. Sadəcə bir ildir ki, görüş olmamışdı. Ötən il bu görüş baş tutmamışdı, ona görə müvafiq məqam axtarırdıq ki, heç olmazsa ənənədən kənar videokonfrans formatında bunu keçirək”-deyə Peskov qeyd edib.
Görüşün məzmunu haqqında iştirakçılara istinad edərək “The Bell” yazıb. “Exo Moskvı”nın baş redaktoru Putindən icazə alaraq Navalının zəhərlənməsi ilə bağlı verdiyi sual-cavabı paylaşıb.
Yenises.ru