Pessimist olmayan Qrefin “optimist”” proqnozu: Neft 25 dollar olursa, dollar 80 rubl olacaq”


Pessimist olmayan  Qrefin "optimist" proqnozu: Neft 25 dollar olursa, dollar 80 rubl olacaq
German Qref neftin bir barreli 25 dollara düşdüyü təqdirdə dolların kursu 80 rubla qalxacağı proqnozunu verib. Bununla bərabər Sberbankın başçısı neftin bu qədər ucuzlaşacağına ehtimal vermədiyini də qeyd edib.

“Şərti olaraq desək, biz 30 (bir barreli neft dollarla ) olanda rublun kursunu 75,76, 77 (dollara nisbətdə) gördük, 25 olarsa da, 80 və ya 80-nin bir neçə qəpik üstündə olacağını görəcəyik. Lakin bunun daha irəli gedəcyini sanmaq o qədər də inandırıcı deyil”” -deyə Qref jurnalistlərə bildirib.

“”Mən düşünürəm ki, bu, bank sistemi üçün də çox acınacaqlı və çox xoşagəlməzdir. Bizim üçün- bu çox ağrılı hadisədir””-deyə o qeyd edib. “”Amma bu ümumilikdə kursun təsbit edilməsi ilə müqayisədə iqtisadiyyat üçün o qədər də acınacaqlı deyil””.

Onun sözlərinə görə Sberbank neftin 25 dollara düşəcəyini şəraitdə stress-testə başlayıb. Qref onu da əlavə edib ki, neftin bir barrelinin 30 dollardan aşağı qiymətdə olması uzun zaman sürə bilməz.

“”Bizim biznes planımızda pessimist ssenari 30 dollar idi və o bu ilin əvvəlində reallaşdı. Əlbəttə ki, biz 26 dollardan olacağını da test edirik, lakin bu çox ağır ssenaridir””. Sberbank rəhbəri söyləyib ki, hər şey neftin nə qədər 30 dollara yaxın və ya ondan aşağı səviyyədə qalmasından asılıdır.

“”Əgər bu üzün çəkərsə, təbii ki, o zaman iqtisadiyyat üçün çox ağrılı olacaq “”. Qref uzun zaman deyəndə yarım-bir ili nəzərdə tutub. “”Mən o qədər də pessimist deyiləm. Düşünürəm ki, hər halda, neftin qiyməti bu səviyyədə uzun zaman davam edə bilməz. Amma mən o boyda da optimist deyiləm ki, deyəm, neftin qiyməti birdən-birə yüksələcək , lakin bu anormal uğursuzluqdur””-deyə Qref əlavə edib.

/Yenises.ru/


Bir cavab yazın