Nikita Mixalkov od püskürdü: O da rejissor, mən də…


Navalnıya kino mükafatı verilməsinə qarşı çıxan Nikita Mixalkov, əgər onun sənədli filmlərini kinematoqrafiya seriyasına daxil edirsinizsə, o zaman kinotənqidçi deyilsiniz.

Rejissor Navalnıya mükafat verilməsinə kəskin  etirazını dilə gətirərək həmkarlarını tənqid edib.

Tanınmış sovet və Rusiya rejissoru Nikita Mixalkov müxalifətçi və qalmaqallı bloger Navalnının sənədli layihəsinə “Belıy slon”  (“Bəyaz fil”) mükafatı verilməsinə kəskin reaksiya verib.  Bu barədə EVO-RUS.COM-un məlumatında deyilir.

Mixalkov Navalnınn yaradıcılığının kino sənəti ilə müqayisə edilib,  kinofestival çərçivəsində qiymətləndirilməsini  əsla qəbuledilməz sayır.

Nikita Mixalkov  qəzəblə  bunları  söyləyib: “Bilirsinizmi, kinotənqidçi hər yerdə kinonu qiymətləndirməlidir. Mənə Navalnı da rejissordursa,   özümü rejissor hesab etməyim ağır gəlir. Onun kinoya heç bir dəxli yoxdur. Əzizlərim, siz mükafatı  siyasətçiyə  verirsinizsə,  belə  də deyin. Yox əgər, siz bu proqramda Navalnıya əsas mükafatı kinematoqrafiya yaradıcılığına görə vermək istəyirsinizsə, onda siz kinotənqidçi deyilsiniz”.

Xatərladaq ki,  “Belıq slon” mükafatı şurası   Rusiyada korrupsiyadan bəhs edən sənədli filmlərinə görə  Navalnıya  “Sobıtiye qoda”  (“İlin hadisələri”)  xüsusi mükafatını verməyi təklif edib. O da qeyd olunur ki, adıçəkilən festivalın ekspertləri olan Yuri Qladilşikov, Viktor Mayizen, Andrey Plaxov, Anton Dolin və başqaları blogerə bu mükafatın verilməsinə razılıqlarını bildiriblər.

Yenises.ru


Bir cavab yazın