Aleksey Rezniov Zelenski Moskvaya görüşə gəlməyəcək deyib
Ukrayna prezidenti rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyəcək. Bu haqda Ukrayna baş nazirinin müavini, Kiyevin Donbasla əlaqə qrupu nümayəndə heyəti başçısının müavini Aleksey Reznikov “Savik Şusterin azad sözü” proqramında bildirib.
Kiyev rəsmi olaraq Rusiyanı “təcavuzkar öklə” sayır və Dondasda rus həbçilərinin olduğuna əmindir. Reznikovun sözlərinə görə Zelenski əvvəl Putinlə Donbasda müharibənin bitməsindən danışa bilər, sonra ikitrəfli münasibətlərin bərpasından. O, hesab edir ki, belə bir görüş Moskvada baş tuta bilməz. “Müharibə zamanı paytaxta gedib, təcavuzkar ölkənin nümayəndəsi ilə görüşmək, mənə görə çox qəribə təklifdir”-deyə nazir müavini söyləyib.
Onun fikrincə, əgər belə bir görüş olarsa, o “norveç formatında” Almaniya və Fransa liderlərinin iştirakı ilə keçirilməlidir.
Bu günlərdə Zelenski Putinə müraciətlə “Ukraynanın Donbasının istənilən mühaibə gedən nöqtəsində görüşmək təklif olunan” video yayımlamışdı. Rusiya lideri buna cavab olaraq, Ukrayna prezidenti əvvəlcə Donetsk və Luqansk xalq respublikalarının liderləri ilə görşsün, sonra Kremllə danışıqlar apara bilər demişdi. Bununla bərabər Putin onu da əlavə etmişdi ki, əgər Zelenski ikitərəfli münasibətləri müzakirə etmək istəyirsə, istənilən vaxt Onu Moskvada qəbul etməyə hazırdır.
Yenises.ru