Putin Paşinyanla telefonla danışdı


Rusiya pezidneti Valdimir Putin şənbə günü-aprelin 24-də Ermənistanın baş naziri  Nikol Paşinyanla telefonda danışıqlar aparıb. Bu barədə  Kremlin mətbuat xidmətindən məlumat verilib.

Söhbətin mövzusu Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı olub.

“Dağlıq Qarabağ ərtafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Rusiya sülhməramlılaırnın sayəsində regionda vəziyyətin sabit və stabil olmasından məmnuniyyətlə danışılıb”-deyə məlumatda bildirilir.

 Tərəflər  ikitərəfli əməkdaşlığın aktual mövzuları,  həmçinin enerji sahəsində  fikirlərini paylaşıblar.

Söhbət əsnasında Paşinyan iyuna təyin olunmuş  növbədənkənar parlament seçkiləri fonunda Ermənistandakı daxili siyasi vəziyyətdən də söhbət açıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir