Almaniya Rusiyanı Avropa Birliyi ilə ABŞ-ın arasını vurmaqda ittiham edir


Almaniya Rusiyanı Avropa Birliyi ilə ABŞ-ın arasını vurmaqda ittiham edir
Almaniya Federativ Respublikasının xüsusi xidmət orqanı Rusiyanı Avropa və ABŞ-ın arasını sitemli şəkildə pozmaqda ittiham edib. Bu barədə Spiegel həftəliyi alman hökümətinin yeni hesabatına istinadən məlumat verib.

Sənəd AFR-nın feredal kəşfiyyat xidməti və konstitusiyanı müdafiə orqanı ilə birgə hazırlanıb. Mətbu orqanının verdiyi xəbərə görə hesabatın müəllifləri belə nəticəyə gəliblər ki, Moskva artıq illərdir ki, Avropa Birliyi ölkələrinə təsir edərək “məqsədli şəkildə indiki vəziyyətdə Qərblə olan münasibətləri və ictimai ziddiyyətləri gərginləşdirməyə cəhd edir”” və “”ABŞ-la sıx əlaqələri sual altında qoymağa”” çalışır.

Xəbərdə o da deyilir ki, hazırda Almaniya hökümətində hesabatın məzmunu ilə bundestaqın deputatlarını və ictimaiyyəti hansı formada tanış etmək və həmçinin buna ehtiyacın olub-olmaması diskusiyası gedir.

Moskvanı Avropa Birliyinə təsir etməkdə ilk dəfədir ki, günahlandırmırlar. Bundan əvvəl Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev bəyan etmişdi ki, Rusiya Balkan ölkələri ilə Avropada sabitliyi pozmağa çalışır. Plevneliyevin fikrincə, Kremlin Avropada birliyi pozmaq üçün metodları çoxdur. Budan ötəri Rusiya “”təbliğatdan””, eləcə də avrointeqrasiyanı itsəməyən “”radikal solçu və ultrasağçı qüvvələri maliyyələşdirməkdən”” istifadə edir. Plevneliyevin sözlərinə görə Kreml Bolqarıstanda da yalnız bununla məşğuldur.

Polşa və Çexiya da Rusiyanın Avropa Birliyini laxlatmaq cəhdində olduğunu bildiriblər. Polşanın müdafiə naziri Antoni Maçereviç Moskvanın qaçqın böhranını qızışdırmaqla Avropada sabitliyi pozmaq fikrində olduğunu deyib. Çexiya müdafiə naziri Rusiyanı “”təbliğat”” və “”rusyönlü partiyaları maliyyələşdirməkdə”” suçlayıb.

Bunula yanaşı, RF prezidenti Vladimir Ptinin ötən ilin sonunda keçirdiyi mətbuat konfransında qeyd etmişdi ki, Moskva Avropa Birliyi ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır, lakin Avropanin daxili məsələlərinin ona dəxli yoxdur. Prezidentin sözlərinə görə AB üzləri arasında miqrasiya problemi də daxil olmaqla fikir ayrılıqları var.

/Yenises.ru/


Bir cavab yazın