Moskvada etiraz aksiyasında 40-dan çox adam saxlanıldı


Moskvada etiraz aksiyasında 40-dan çox adam saxlanıldı
Moskvanın mərkəzində “Novoya oppozitsya”” (“”Yeni müxalifət””) təşkilatı hökümətlə razılaşdıtılmamış etiraz aksiyasına çıxdı. Antiböhran və müxalifətçi məhbus İldar Dadinə dəstək mitinqinin qarşısını polislər alamağa cəhd ediblər. 40-dan çox aktivist saxlanılıb.

Moskvada “”Çistıy prud”” yaxınlığında yerləşən Aleksandr Qriboyedovun abidəsi yanında razılaşdırılmamış etiraz aksiyasında 40-dan çox aktivist saxlanılıb. Bu haqda “”İnterfaks”” agentliyinə “”Novoya oppozitsya”” (“”Yeni müxalifət””) təşkilatının nümayəndəsi məlumat verib. Onun sözlərinə görə “”xalq yığıncağının”” iştirakçıları antiböhran və müxalifətçi məhbus İldar Dadinə dəstək tələblərini ilə küçəyə çıxıblar. “”Bu xalq yığıncağıdır və hökümətlə razılaşdırlımamışdı deyə iştirakçıları tutmalar dərhal başladı. Hazırda 40-dan çox aksiyaçı saxlanılıb””-deyə İnterfaksa danışan mənbə bildirib.

Onun verdiyi bilgilərə görə tutulanları Basman rayon polis idarəsinə aparıblar. “”Yığıncaq davam edir, amma orada insanlar az qalıb””-müxalifətin nümayıdəsi söyləyib. Bundan başqa saxlanılanlar arasında jurnalist və foroqraf Andrey Zubetsin də olduğu deyilir.

/Yenises.ru/


Bir cavab yazın