Amerika və AŞ sanksiya tətbiq edəcəyi adamların siyahısını açıqladı


Amerika və AŞ   sanksiya tətbiq edəcəyi  adamların siyahısını açıqladı
ABŞ və AŞ-nın sanksiyasına məqruz qalanlar-xarici hesabları və aktivləri bağlanan və həmçinin viza almalarına qadağa qoyulanların adları olan siyahı Vaşinqton və Brüsseldə demək olar ki, eyni anda qəbul edilib.

Amerikanın siyahısına baş nazirin müavini Dmitriy Roqozin, Dövlət Dumasının deputatı Yelena Mizulina və Leonid Slutski, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, prezidentin müşaviri Sergey Qlazev, Federasiya Şurasının sədri Valentina Matvienko və FŞ-nın üzvü, Konstitusiya qanunvericiliyi komitəsi hüquq və məhkəmə məsələləri üzrə yuxarı palatanın rəhbəri Andrey Kilşas düşüb.

Bu siyahıya 4 Ukrayna vətəndaşı da daxildir. Devirilmiş prezident Viktor Yanukoviç, “Ukrayna seçkisi” təşkilatının təşəbbüskarı, Ukraynanın federallaşmasını istəyən Viktor Medvedçuk, Krım parlamentinin spikeri Vladimir Konstantinov və Krım hökümətinin başçısı Sergey Aksenov.

O da qeyd edilir ki, Amerika siyahısı açıqdır və ona Rusiyanın istənilən məmuru salına bilər.

Avropa Şurasının sanksiya siyahısında isə 21 adam- 13 Rusiya və 8 Ukrayna vətəndaşının adı var. Onlar arasından 10 nəfəri Dövlət Dumasının və Federasiya Şurasının üzvləridirlər. Deputatlar: Sergey Jeleznyak, Sergey Mironov, Leonid Slutski, Andrey Klişas, Oleq Panteleev, Nikolay Rijkov, Viktor Ozerov, Vladimir Jabarov, Yevgeni Buşmin, Aleksandr Totoonov və üç hərbiçi- Qara Dəniz donanmasının komandiri, vitse-admiral Aleksandr Vitko, Qərb və Cənub dairəsinin komandirləri-Anatoli Sidorov, Aleksandr Qalkin.

Ukraynalılardan isə Krım parlamentinin spikeri Sergey Konstantinov, Krım hökümət başçısı Sergey Aksenov, baş nazirin müavini Ruslan Temirqaliyev, Ukrayna hərbi-dəniz qüvvələrinin sabiq başçısı Denis Berezovski, Krım Təhlükəsizlik şurasının başçısı Petr Zima, Dövlət şurasının vitse-spikeri Sergey Sekov, Sevastopolun “xalq meri” Aleksey Çalıy, parlament sədrinin müşaviri Yuri Jerebtsov.

/Yenises.ru/


Bir cavab yazın