General Surovikin ÇVK “Vaqner” döyüşçülərinə videomüraciət edib


Ordu generalı Sergey Surovikin Vaqner döyüşçülərinə müraciət edərək, onları dayandırmağa və bütün problemləri yalnız Ali Baş Komandanın rəhbərliyi altında sülh yolu ilə həll etməyə çağırıb.

“Düşmən yalnız daxili siyasi vəziyyətimizin pisləşməsini gözləyir. Ölkə üçün bu çətin vaxtda düşmənin əlinə oynamaq olmaz”, – Surovikin vurğulayıb.

General Rusiya prezidenti Valdimir Putinin iradə və əmrinə tabe olmağın vacibliyini qeyd edərək, dəstəni durduraraq geri yerləşmə məntəqəsinə qaytarılmasını istəyib.

“Biz birlikdə vuruşduq, risk etdik, itkilər verdik, birlikdə qalib gəldik. Biz eyni qandanıq. Biz döyüşçüyük. Mən sizi durmağa çağırıram”,- o əlavə edib.

Ötən gecə Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Priqojinin adından sosial şəbəkələrdə Rusiya Müdafiə Nazirliyinin ÇVK Vaqnerin arxa düşərgələrinə guya zərbə endirməsi ilə bağlı yayılan bütün məlumatlar və videogörüntülər həqiqətə uyğun deyil və bu informasiya təxribatıdır.

Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin silahlı üsyanla bağlı 279-cu maddəsinə əsasən iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər.

Rusiya lideri Vladimir Putin ÇVk Wagner-in yaradıcısı Yevgeni Priqojin ətrafında yaranmış vəziyyətlə bağlı məlumatlandırılıb və bütün lazımi tədbirlər görülür.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir