AXI NİYƏ və ya GÜNAHSIZ GÜNAHKARLAR
Bəlkə də günahsız olmalarında bir az ifrata varıram. Söhbət cəmiyyət üçün təhlükə olan manyaklardan gedir. Niyə axı və niyə bu mövzü desəniz… Əslində uzun illər keçsə də hələ də xatırlayanda məni narahat edən, “axı niyə”” sualına cavab axtarmagıma səbəb olan o gecəydi. Uşaq vaxtı şahidi olduğum və yaddaşımdan silinməyən o gecə.
O gecə-1997-ci ilin isti yay gecələrindən birində hər zamankı kimi qonşu uşaqlarla evimizin qarşısındakı çəmənlikdə oturub bir-birimizlə zarafatlaşır, deyib-gülürdük. Çox gec olmağına baxmayaraq istinin ucbatından heç kim evə getmək istəmirdi. Belə gecələrdə bəzən hansımızınsa valideyni gəlib danlayaraq evə aparmayana qədər dağılışmazdıq. Yenə də gecədən xeyli keçmişdi, söhbətin şirin yerinə birdən kimsə,- “”susun, susun, qulaq asın””- dedi. Hamımız susub diqqətlə bağırtı səsinə qulaq kəsildik. Kimsə nalə çəkib, fəryad edirdi. Tez qalxıb səs gələn tərəfə qaçmağa başladıq. Səs bizdən bir az aralıda yaşayan qonşudan gəlirdi. Həyətləri adamla dolmuşdu. Hamı əllərində lampa və fənərlərlə nə isə axtarırdı. Yaxınlaşıb nə baş verdiyin soruşduq. Dedilər ki, qonşunun 9 yaşlı qızı yoxa çıxıb. Necə yani yoxa çıxıb? Hava isti olduğu üçün evin bütün pəncərələri açıq idi, deməli uşaq da evin qapısı bağlı olduğu üçün pəncərərdən çıxıb. Amma 9 yaşlı uşaq, həm də qız uşağı gecənin bu vaxtı hara gedə bilərdi ki?
Bir az keçmiş milislər (o zaman indiki polislər milis adlanırdı) gəlib çıxdı. Hər tərəfə baxıb, hamını sorğu- sual edəndən sonra uşağı axtarmaq üçün bizi quruplara böldülər. Səhərə qədər axtarmadığımız yer qalmadı. Amma uşağı gördüm deyən olmadı. Bu axtarışlar 3 gün davam elədi və üçüncü gün hamı dəhşətli bir xəbərdən şoka düşdü. Uşağın meydi sahibi Moskovada yaşayan başqa bir qonşunun evindən tapılıb. Ekspertiza üçün cəsədi mərkəzi xəstəxanaya apardılar. Ekspertiza otağından çığıraraq çıxan həkimin səsi hələ də qulaqlarımdadır. “”Alçaq, şərəfsiz körpəni zorlayıb sonra amansızlıqla qətl edib. Ürəyinə 9 bıçaq zərbəsi vurandan sonra boğazın kəsib””.
Hamı sözün əsil mənasında sarsılmşdı. Əksəriyyətin dilində bir sual vardı. Axı niyə??? Bəlkə də o zaman həyatımda ilk dəfə “”manyak”” sözünü eşitdim. Hamı bu cinayəti törədən manyakı axtarır, hamının tək marağı bu manyakın kim olması idi. Səhəri günü xəbər yayıldı. Manyakı tapıb və həbs ediblər. Düzü manyakın kimliyini biləndə şok keçirdim. Sən demə, bu manyak-manyak deyib axtardığımız bizimlə bir yerdə böyüyən, bizimlə gecələr səhərə kimi deyib- gülən, bizdən bir neçə yaş böyük olan qonşunun 20 yaşlı oğluymuş. Uşağın itkin sayıldığı bu 3 gün boyunca bizimlə birgə uşağı axtaran, hamıdan çox canfəşanlıq edən, hamıdan çox lənətlər və söyüş yağdıran da elə o olmuşdu. İnana bilmirdim. Hey öz-özümə sual verirdim, axı niyə? Nə məhkəmə dinləmələrində, nə də ömürlük həbs hökümü oxunarkən o dinmədi. Ona ünvanlanan-,axı niyə?- sualı cavabsız qaldı.
“”Axı niyə?”” sualıma cavab tapmaq üçün manyakların həyatını araşdırmağa başladım və maraqlı bir məqama rast gəldim. Bütün bu insanların bir ortaq taleləri var imiş, sən demə. Bu manyaklar uşaq vaxtı valideyinləri və ya yaxın ətrafı tərəfindən şiddətə məruz qalmış, cəmiyyət tərifindən aşağılanmış və çox vaxt təcavüz edilmiş insanlardırlar. Deməli, bu manyaklar əslində günahsız günahkarlardırlar. Yəni heç bir insan anadan qatil və günahkar doğulmur, qatil və günahkar kimi formalaşdırılırlar. Uşaq vaxtı təcavüz və şiddətə məruz qalmış bu gələcəyin manyakları böyüdükcə insanları və xüsusi ilə də uşaqları düşmən gözündə görür, fürsət düşən kimi onlardan öz intiqamların almağa çalışırlar. İlk qurbandan sonra daha da amansızlaşan bu manyaklar tam zərərsizləşdirilənə qədər öz çirkin əməllərindən əl çəkmir, islah olunmurlar. Çünki, onların gözündə bütün insanar pis və qəddardırlar. Bəlkə də özlüklərində haqlı olduqlarını düşünürlər. Çünki, onların manyak kimi formalaşmasında birbaşa cəmiyyət və insanlar günahkardırlar. Uşaqlarla rəftarda çox diqqətli olmaq, onlara nəvaziş və qayğı göstərmək lazımdır. Şiddətdən və uşağın psixikasına zərər verəcək, tərbiyəsini korlayacaq şeylərdən uzaq olmaq lazımdır. Əks halda gələcəyin manyakını, günahsız günahkarını özünüz yetişdirmiş olacaqsınız və bunun bədəlini də bir gün özünüz ödəməli olacaqsınız. Manyaklarsız bir toplum üçün uşaqlara şiddət yox, sevgi aşılayın.
Yaşar Süleymanlı
/Yenises.ru/“