Azərbaycan diasporu Moskvada Beynəlxalq Qadınlar gününü qeyd etdi


Azərbaycan diasporu Moskvada   Beynəlxalq Qadınlar gününü qeyd etdi
Azərbaycan-Rus mədəniyyəti və həmrəyliyi mərkəzi 8 Mart Beynəlxalq qadınlar günündə Moskadakı ziyalı qadınlarımızı “Yerdəki mələkdir-Qadınlar” motivli bayram proqramı ilə təbrik etdi.

Mərkəzin rəhbəri Mehman Şükürov qonaqları salamlayaraq, onlara “xoş gəldin”- etdikdən sonra qadınları süfrə arxasına dəvət etdi. O,-“Qadın həm də anadır. Yaradan, böyüdən, yorulmadan, usanmadan qayğımızı çəkən varlıqlara ildə bir gün həsr etmək azdır. Biz kişilər zəriflik, gözəllik timsalı olan Siz qadınlara İlin bütün günlərini həsr etmək, hər gününüzün bayram ovqatlı olmasını istərik. Sizin varlığınız özü bayramdır. 8 Mart ildə bir dəfə o sevgilərin, istəklərin toplusunu bildirməyə imkan yaradan gündür”- deyib, qadınlara bu xoş bayramda ən xoş diləklərini çatdırdı.

Tədbirdə Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Bella Musayevanı “Əməkdar müəllim” adı alması münasibətilə təbrik edilərək, onun da ürək sözləri dinlənildi.

Bella Musayeva əvvəlcə bu günü onun üçün ikiqat bayram edən cənab prezidentimiz İlham Əliyevə onu bu yüksək fəxri ada layiq görməsindən dolayı minnətdar olduğunu söylədi. “Əməkdar müəllim”” bir müəllim, bir ana, bir qadın olaraq bayramın ilk bahara təsadüf etməsinin qanunauyğunluğunu qadınların bahar nəfəsli, bahar həvəsli, bahar qoxulu olması ilə əlaqələndirib,- “”özümə və bütün qadınlarımıza bahar qoxulu ömür arzulayıram–dedi.

Digər çıxış edənlər- 157 saylı Azərbaycan etno-təmayüllü məktəbinin direktoru Elmira İsmayılova, AzərTac-ın Rusiya nümayəndəliyinin rəhbəri Fəridə Abdullayeva bu günü qadınlar üçün yaddaqalan edən, bayram proqramı hazırlayib, qadınları belə gözəl süfrə ətrafına toplayan təşkilatçılara təşşəkkür edərək, “Bütün Azərbaycan qadınlarının, analarının bayramı mübarək olsun!”-dedilər.

Qadınlara həsr olunmuş videosujetlərin nümayişi və Azərbaycan musiqisinin sədaları ilə müşaiyət olunan bayram tədbiri “Qadın və gözəllik” mövzusunda viktorinasının sualları ilə davam etdi.

Ramazan Ramazanovun Rəşid Behbudovun repertuarından ifa etdiyi “Ana” mahnısıyla təbriki isə qadınların alqışlarıyla qarşılandı.

Bayram təbdirinin sonunda mərkəzin əməkdaşları gül ətirli qadınlara “Gülə gül yaraşar”-deyib qızılgüllər hədiyyə etdilər.

Tünzalə Vəliqızı
/Yenises.ru/

FOTOLAR
Azərbaycan diasporu Moskvada   Beynəlxalq Qadınlar gününü qeyd etdi
Azərbaycan diasporu Moskvada   Beynəlxalq Qadınlar gününü qeyd etdi
Azərbaycan diasporu Moskvada   Beynəlxalq Qadınlar gününü qeyd etdi


Bir cavab yazın