Solovyovun paylaşdığı şəkil…


Bu şəkli Solovyev Telegram kanalından paylaşıb. Altında  bu sözlər yazılıb: Ağır kadr. Qarabağın uşaqları topraqları ilə vidalaşırlar.

Solovyova və o şəkli paylaşana görə bu çox ürəkdağlayan bir vida şəklidir. Nə deyim.

Ha qeyrət. Bir də kanalından  31 il əvvəl ayaqyalın-başıaçıq, topların, tüfənglərin, süngülərin qabağına qatılıb qovulan, vidalaşmağa macalı olmayan bu şəkili paylaş.

Onlar uşaq deyillər? Bir gecədə böyüdülər, o uşaqlar. İçində  təcavüz, işgəncə səhnələri olan  filmlərə belə  “+7 yaş, +18 yaşdan kiçik olanlar üçün uygun deyil”-yazılır, xəbərdarlıq edilir. Amma bizim uşaqlar onun gerçəyini gördü, yaşadı və o kardların baş qəhrəmanı olaraq işgəncələrin, təcavüzlərin obyekti oldu.

Sən də obyektiv ol, bir azacıq. Ədanla, ədalət mücəssiməsi sərgiləyən duruşunla  əyri tərəzinin bir  gözünə də bunu qoy. Sonra da əlini  olmayan vicdanına.

Hansılarınkı  daha  ağır vidadır?  

“Get” deyilməyən, vidasının şəklini rənglərlə boyayan bu şəkildən boylananlarınmı, yoxsa yollarda donanların, ölənlərin, uşaqlığını qucağında yük kimi daşıyanlarınmı?

Birincilərə də, ikincilərə də bu vidanı yaşadan eynidir. Sadəcə sizin baxış bucağınıza tərsdir. Nəyə baxışınız düz oldu ki?!

Tünzalə, Moskva
25.09.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir