Azərbaycan diasporunun tanınmış rəhbəri Söhrab İbrahimov vəfat edib


Azərbaycan diasporunun tanınmış rəhbəri  Söhrab İbrahimov vəfat edib
Azərbaycan diasporunun dəyərli rəhbərlərindən biri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl şöbəsinin sədri
Söhrab Mədət oğlu İbrahimov bu gün-9 apreldə Yaroslavl şəhərində uzun zaman əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Onun vaxtsız ölüm xəbəri təkcə Yaroslavl azərbaycanlılarını deyil, Moskvadakı ziyalıları, bütün onu sevənləri sarsıdıb.

Söhrab Mədət oğlu İbrahimov 10 iyul 1974-cü ildə Laçın rayonun Alıqulu kəndində anadan olub. 1991-ci ildə Pircahan kənd orta məktəbini bitirib. Elə həmin il ali təhsil almaq məqsədi ilə Rusiya Fedarasiyasının Yaroslavl vilayətinin Yaroslavl şəhərinə uz tutub. İlk əmək fəaliyətinə Yaroslavl Şin zavodunda başlayan Söhrab İbrahimov, sonralar – 1992-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1997-ci ildə Beynəlxalq İqtisadiyyat və Hüquq İnstitutuna daxil olub. 2002-ci ildə həmin İnstitutun hüquq fakültəsinin “Dövlət idarəetməsi”” ixtisasina yiyələnib. Bir müddət Yaroslavl şəhərində fəaliyyət göstərənı “”Vivat”” tikinti kompaniyasının hüquq məsləhətçisi vəzifəsində çalışıb. 2007-ci ildə “”Mila”” şirkətinin direktoru kimi fəaliyyət göstərib.

Söhrab İbrahimov 2009-cu ilin iyun ayından Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl şəhər şöbəsinin sədri seçilib. ÜAK-ın Yaroslavl şöbəsinin rəhbəri kimi orada yaşayan azərbaycanlıların problemlərinin həll olunmasında yardımçı olması ilə bərabər, Azərbaycanın tarixi, mədəni ənənələrinin qorunub saxlanması, tanıdılması ilə bağlı bir çox tədbirlərin, konfransların keçirilməsinə təşəbbüskar və təşkilatçı kimi imza atıb.

Yaroslavl şəhərində böyükdən kiçiyə hamı onu azərbaycanlıların “”gənc ağsaqqalı”” kimi qəbul edib, əsl doğma qardaşlıq münasibətilə hər kəsin hörmətini qazanıb. Bu gün təkcə Yaroslavl azərbaycanlıları deyil, davranışı, hərəkəti, xoş rəftarı, işgüzarlığı, səmimiyyəti ilə yaşadığı Yaroslavl şəhər əhalisinin qəlbində də özünə yer edən Söhrab İbrahimovun timsalında bir el öz dəyərli oğlunu itirdi.

Söhrab İbrahimovun ölümü bütün Azərbaycan diasporu üçün ağır itkidir. Ailəli idi, 2 qızı, 1 oğlu var.

Yenises.ru saytı olaraq Moskva ziyalıları adından Söhrab İbrahimovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir və ailəsinə, dostlarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

ALLAH RƏHMƏT ELƏSİN!

İlqar Hacıyev, Ramiz Abutalıbov, Eldar Abbasov, Cəfərsadıq Abbasov, Manaf Ağayev, Roman Ağayev, Alla Axundova, Araz Axundov, Qorxmaz Axundov, Abbas Alıyev, Lətif Alnazarov, Tünzalə Vəliqızı, Fərid Əkbərov, Anar Həsənov, Məmməd Bağırov, Abuzər Bağırov, Aqşin Bağırov, İlham Bədəlbəyli, Timur Bədəlbəyli, Afaq Şıxlı, Nizami Bəşirov, Məmməd Quliyev, Paşa Quliyev, Rafiq Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, Nüsrəddin Məmmədov, İlqar Məmmədov, Şaiq Məmmədov, Nəsib Nəbioğlu, Leylaxanım İsmayılova, Ramil İsmayılov, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Avtandil Zeynalov, Qasım Kərimov, Sabir Həbibov, Azər Cahangirov, Rabson Məmmədov, Oqtay Məmmədov, Vasif Məmmədov, Əliş Əvəz, Yusif Əmiraslanov, Kamran Rüstəmov, Şamil Tağıyev, Toğrul Allahverdili, İqbal Rüstəmov, Camal Camalov,Azər Səfərov, Əvəz İbayev,Soltan Mərzili, Mehman Tanrıverdiyev, Xalidə Səmədova, Mirəşrəf Fətiyev, Mərdan Feyzullayev, Füzuli Fərəcov, Əbdül Hüseynov, Əşrəf Hüseynli, Yaşar Hüseynov, Oqtay Hüseynov, Mehman Şükürov və s.

/Yenises.ru/


Bir cavab yazın