Rubl dollara meydan oxumaqda davam edir


Rubl dollara meydan oxumaqda davam edir
Moskva birjalarında bu gün səhər dolların dəyəri 51 rubl, avro isə 54 rubldan aşağı düşüb. Rublun möhkəmlənməsi tendensiyası davam edir,bu tendensiyasa özü-özünü sürətləndirir, ekspertlər belə deyir.

Dolların rəsmi kursu aprelin 10-da demək olar ki, 1,5 rubl ucuzlaşıb. 10 aprel 2015-ci il tarixində Mərkəzi Bankda (MB) o, 52,54 rubl müəyyən edilib. Bu 27 dekabr 2014-cü ilə görə ən aşağı göstərcidir. O zaman dolların rəsmi kursu 52,0343 rubl olmuşdu. Avronun MB tərəfindən müəyyən olunmuş rəsmi kursu isə 2,175 rubl miqdarda enərək 56,52 rubl təşkil edir. Bu da 26 noyabr 2014-cü ildən bu yana ən aşağı göstəricidir. O zaman MB avronun dəyərini 55,88 rub hesablamışdı.

“Metalinvestbank””ın müştərilərlə xidmət mərkəzinin rəhbəri Sergey Romançuk hesab edir ki, hazırda rublun dəyəri əsaslı həddə çatmışdır. “”Bazar iştirakçılarının geosiyasi hadisələrə reaksiyası və kursun sərbəst axışı rublun hədsiz aşağı düşməsinə gətirib çıxarmışdı. İndi bir neçə həftə bundan əvvəl başlamış rublun möhkəmlənməsi tendensiyası davam edir. Üstəlik bu tendensiya öz-özünü sürətləndirir””,-deyə Romançuk bildirir. O, rublun hansı həddə kimi möhkəmlənəcəyi proqnozunu vermir. Bununla yanaşı dolların həddi 50 rubldan aşağı düşərsə, bu kəskin dönüşə səbəb olar. Onun fikrincə, rublun belə möhkəmlənməsi Rusiya büdcəsinə neqativ təsir edə bilər. Ona görə də, ola bilsin dövlət tərəfindən hər hansı bir ölçü götürülmüşdür.

“”Promsvyazbank””ın analitiki Aleksey Yeqorovun rəyinə görə isə, valyutanın satışına 2014-cü il ərzində aktiv valyuta bazasını möhkəmləndirən kompaniyalar və banklar qoşulublar. “”Dolların kursunu bu günlərdə 50-51 rubl həddində sınaqdan keçirmək olar””,-deyə o belə hesab edir.
-Bununla bərabər milli valyuta xammal sahəsində tendensiyanı heçə saymağa davam edəcək. Belədə düzəliş riski armağa başlayır””.

“”Ay Ti İnvest””in eksperti Vasili Oleynikin fikrincə isə, rublun potensial möhkəmlənmə həddi bitmişdir. O,-“”Döqquz həftədən sonra rubl yaxın həftələrdə ucuzlaşmağa başlayacaq””,-deyir. Neftin rublla qiyməti son aylar minimuma enmişdir və artıq Rusiya büdcəsi üçün rahat xətdə yerləşir,-deyə ekspert aydınlaşdırır.

Rublun güclü şəkildə möhkəmlənməsinin səbəb Rusiya istiqraz bazarına möhtəkir kapitalının axınıdır. “”Onun qiyməti bu gün böhrandan əvvəlki həddədir. O zaman neftin barreli 100 dollardan yuxarı idi””. Hazırda istiqraz bazarında ralli yarışı başlayıb və yaxın zamanda kimsə açıq şəkildə gəlirini düzəltmək istəyir””,-deyə Oleynik qeyd edir. O hesab edir ki, yaxın həftələrdə dollar almağa dəyər. 30 aprelə – Mərkəzi Bankın əsas dərəcə ilə bağlı planlaşdırılmış yığıncağının vaxtına yaxınlaşdıqca, rubl zəifləməyə başlayacaq, aprelin sonunda rublun dollara nisbəti 56-57 rubla çatacaq. .

“”KİT Finans Broker””in etibarlı idarəetmə şöbəsinin mütəxəssisi Yuri Arxangelski rublun dollara nisbətən möhkəmlənməsinin təhlükəli olduğunu söyləyir. “”Mərkəzi Bankın son zamanlar götürdüyü sürət bankları valyuta ilə doldurub. Bankların rubla tələbi praktiki olaraq qalmayıb. Bununla yanaşı valyuta bazarında rublun alışı rekord sürətlə davam edir. Rublun möhkəmlənməsi oyunu gedir, sonrakı məqsəd dolların 50 rubl olmasıdır””-deyir Arxangelski.

Bəs sonra? Proqnoz verməyə tərəddüd edən ekspertlər böhran vəziyyətində milli valyutanın mövqeyinin belə yüksək templə yerini möhkəmləndirməsindən əndişəlidirlər. Bunun bir başqa üzü də var-deyə düşünənlər var. Rublun mohkəmlənməsinin Putinin xalqla “”birbaşa xətt””lə ünsiyyəti ilə bağlı olduğunu söyləyənlər də az deyil. Buru çoxdandır dolların Rusiyada dövriyyədən çıxarılması istəkli xəbərlərlə də əlaqələndirmək olar. Hələliksə, dollar altda qalmaqda, rubl üstə çıxmaqdadır. Tatamidə yarış davam edir. İndilik bu oyunun sonundan xəbər vermək çətindir. Çünki hesab hər an dəyişə bilər.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir