Azərbaycan yığması Şimali İrlandiya ilə heç-heçə oynadı


Azərbaycan yığması Şimali İrlandiya ilə heç-heçə oynadı

DÇ-2014-ün seçmə mərhələsində futbol üzrə Azərbaycanın milli komandası növbəti oyununu keçirib. Şimali İrlandiyanın Belfast şəhərində, “Vindzor Park” stadionunda keçirilən görüşdə milli komandamız Şimali İrlandiya milli komandası ilə heç-heçə oynayıb.
Oyunun ilk dəqiqəsində ev sahibləri qapımız önündə təhlukəli hücümlar təşkil etdilər. Lakin buna baxmayaraq 5-ci dəqiqədə istedadlı futbolçumuz Rauf Əliyev uzaq məsafədən sol ayağı ilə vurduğu zərbədən hesabı açdı. Güclü yağış altında keçən oyunun ilk hissəsində tərəflər bir neçə qol imkanları yaratsalar da fasiləyə qədər hesab dəyişmədi.

İlk hissədə olduğu kimi ikinci fissədə də komandalar hücümlar qururaraq hesab arasındakı fərqi deyişməyə can atırdılar. Yalnız əsas hissədə heç bir komanda nail ola bilmədilər. İkinci hissənin sonuncu 96-cı dəqiqəsində qapımıza tərəf cərimə zərbəsi təyin edildi. Sonda meydana daxil olmuş Devid Hili dəqiq zərbəylə oyunda hesabı bərabərləşdirdi.

Bununla da Berti Foqtsun yetirmələri səfərdən bir xalla dönərək turnir cədvəlindəki xallarının sayını ikiyə çatdırıblar.

Şimali İrlandiya – AZƏRBAYCAN 1:1
Qol: Rauf Əliyev,5, Devid Hili, 96
Sarı vərəqə: Den Şils, Kayl Lafferti, Kris Beyrd, Deniel Lafferti.Devid Hili – Vladimir Levin.Rauf Əliyev. Cavid Hüseynov, Salavat Ağayev
Belfast. “Vindzor Park” stadionu.
Baş hakim: Viktor Şvetsov
Baş hakimin köməkçiləri: Aleksandr Kornıyko, Oleq Plujnik
Dördüncü hakim: Anatoli Abdula (Hamısı Ukrayna)
Hakim-inspektor: Günter Benkö (Avstriya)
Komissar: Tomas Grimm (İsveçrə)

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın