Moskvada Azərbaycanın Xalq artisti Mələkxanım Əyyubovanın iştirakıyla “Muğam gecəsi” geçiriləcək”
![]()
Yenises.ru–nun verdiyi məlumata görə Azərbaycanın Rusiyakı səfriliyinin dəstəyi ilə Moskvada “Muğam gecəsi” keçiriləcək. Paytaxtın L.Ryumina adına Folklor Mərkəzinin konsert salonunda keçiriləcək “Muğam gecəsi”ndə Azərbaycanın xalq artistləri – Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov, kaman ustası Fəxrəddin Dadaşovdan ibarət müğam üçluyunun maraqlı çıxışları gözlənilir.
Səfriliyin xətti ilə təşkil olunmuş “Muğam gecəsi” adlı konsert noyabrın 15-də saat 19:00 da başlanacaq. “Muğam gecəsi”ndə Azərbaycandan gələn digər incəsənət ustalarının da iştirakı gözlənilir.
/Yenises.ru/
