AzərRos-un növbəti konfransı: “Azərbaycan diasporu-möhkəmlənmə və birlik yolunda”


AzərRos-un növbəti konfransı: “Azərbaycan diasporu-möhkəmlənmə və birlik yolunda”
AzərRosun Moskva vilayəti dövlət evində keçirilən konfransında kimlər vardı, kimlər yoxdu? Bu soru iştirakçıllardan gəldi. Cavab isə…

Konfransın əsas mövsuzu ətrafında müzakirələrdə qaldırılan bu və ya digər məsələlər barədə elə konfransın içindən, amma bir az boyat…

AzərRosun 15 illik yubliye çərçivəsində start verilmiş ənənəvi konfranslar silsiləsindən olan növbətisi Moskva vilayəti Dövlət evində baş tutdu. Moskva vilayət sosial-rabitə baş idarəsi ilə birgə təşkil olunmuş, AzərRosun müxtəlif regionlarda olan şöbələrinin rəhbərləri ilə yanaşı, digər Azərbaycan və müxtəlif xalqların ictimai təşkilat nümayəndələrinin də iştirak etidyi konfransı adıçəkilən qurumun prezidenti Asif Məhərrəmov açdı. O, əvvəl iştirakçılara AzərRos Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun salamlarını çatdırdı.

Digər salamlama nitqi ilə çıxış edən Moskva vilayəti sosial-rabitə baş idarəsi milli və dini məsələlər şöbəsinin müdiri Vitaliy Zamaraxin Moskva vilayət qubernatoru və öz adından adından AzərRoss-u 15 illik yubley münasibəti ilə təbrik etdi. O, onu da qeyd etdi ki, milli-siyasi startegiyanı həyata keçirmək kimi əsas vəzifəsi olan başçılıq etdiyi qurumla AzərRos-un əlaqəsini prioritet saymaq olar. Zamaraxin bu yöndə AzərRosun fəaliyyətini, görüdüyü işləri yüksək dəyərləndirdiyini bildirdi.

Konfransın əsas məruzəçisi olan Asif Məhərrəmov milli-mədəni muxtariyyət institutunun formalaşması və inkişafı mövzusunda çıxış edərək, AzərRos-un fəaliyyətində əsas istiqamət dilimizi, mədəniyyətimizi, adət-ənələrimizi, həyat tərzimizi qorumalqa yanaşı, onu başqalarına da çatdırmaqdır-dedi. Asif Məhərrəmov onu da əlavə etdi ki, bu günkü konfransdan çox şeylər gözləyir. Diaspor rəhbəri iştirakçılarla bu ya digər məsələrələrdə diskusiyaya açıq oldugunu da nəzərə çatdırdı.

Konfransa fəxri qonaq simasında qatılan AzərRosun fəxri prezidenti Söyün Sadıqov 15 illik fəaliyyət yoluna nəzər salaraq, nitqini “haradan-haraya” mövzusu üzərində qurdu.

“Bu gün Azərbaycan diasporunu Rusiyada və dünyada təmsil edən, internet saytı, gerbi, media holdinqi, bütün regionlarda nümayəndəlikləri olan böyük bir təşkilat var qarşınızda. Bu günlərə elə-belə gəlinməyib”. Söyün Sadıqov təşkilatın yaranmasında adı keçən, iştirak edənləri yada salaraq, “-onlar olmasaydı, bu gün qarşınızda belə bir güclü təşkilat da olmazdı. Və bu təşkilatın qurucuları sırasında olduğum üçün, sizlərin yanında olduğum üçün qurur duyuram”,-dedi.

Azərbaycan milli -mədəni muxtariyyəti Ferdaral Şurasının sədri Mehriban Sadıqova mərüzəsində AzərRos-un dövlət orqanları və digər millətlərin diaspor təşkilatları ilə əlaqəsindən söz açdı. 15 ildəki fəaliyyətlərininin qisa hesabatını səsələndirən xanım məruzəçi -“təbii ki, gördüyümüzlə yanaşı, görmədiyimiz və görülməsi vacib olan işlərimiz də çoxdur-dedi. O, əsasən gənclərlə birgə işləməyin, onları diaspor ətrafında sıx birləşdirməyin vacibliyini vurğuladı.

Digər çıxış edənlər də buradakı gənc nəslin öz doğma dilini, adət-ənənələrini saxlamaq və inkişaf etdirmək ruhunda yetişdirilməsinin həm də paralel olaraq Rusiya milli birliyinin möhkəmlənməsinə təkan verəcək ən başlıa amil olduğunu qeyd etdilər.

Tatar millil-mədəni muxtariyyəti Moskva əyaləti regional bölməsinin sədri Fərid Muxtasarov AzərRos-la sıx əlaqələrini dilə gətirərək, “başqa millətlərin adət-ənələrini bilmək onların ürəyinə yol tapmaq deməkdir”-dedi.

Yəhudilərin Federal Milli-mədəni muxtariyyəti şurasının üzvü İrina İvanova da təşkilatlarının rəhbərliyi adından AzərRos-un ünvanına xoş sözlər söylədi. Digər çıxışçıların da qeyd etdiyi kimi, “Möhkəmlənmə və birlik digər millətlərin diaspor təşkilatları ilə yaxınlaşma, anlaşma ilə ola bilər”-fikrini o da təsdiqlədi.

Qulağımız hər zaman öyrəşmiş protokol tipli bu fəaliyyət “mədhiyyə hissəsi””ndən sonra diskusiyalar başlandı.

Konfransda söz alan Milli-mədəni müxtariyyətin Nijnıy Novqorod gənclər təşkilatından olan Rasim Quliyev gənclərin Rusiya ictimai-siyasi həyatındakı rolunun üzərində dayanaraq, bir məqamı qeyd etdi: “Biz gənclər müxtəlif yarışlarda iştirak edərək millətimizi təmsil edir və tanıdırıq. (O özünün də qatıldığı Seliger yarışmasını misal çəkdi). Bizim biz olduğumuzu sərgiləmək üçün rus millətçiləri ilə bir masa arxasında oturmamız lazimdir. Gənc aktiv millətçi dedikdə, onun rasizm tərəfdarları ilə qarışdırılmamasını da xüsusi vurğuladı. “”O, gənclər bizim toplantılarda iştirak etdikdə, bizim həqiqətlərimizə daha yaxın olur, onu bizim dilimizdən öyrənirlər””-deyə Qarabağ, Xocalı hadisələrini də xatırladan gənc ictimaiyyətçi diaspor təşkilatından fəaliyyət strategiyasında bunları da göz önündə tutulmasını xahiş etdi.

Digər bir fikir də, konfransda niyə Azərbaycan hökümətini təmsil edən bir nümayəndənin, ən azından Azərbaycan səfirliyinin bir əməkdaşının olmaması oldu.

Lyuberts rayon təşkilatından olan AzərRos Ağsaqqallar şurasının üzvü Tapdıq Nağıyev, “Cənab sədr, möhkəmlənmə və birləşmə məsələsində sizi dəstəkləyirəm. Lakin, məni bir sual narahat edir. Niyə burada Azərbaycanı təmsil edən səlahiyyətli nümayəndə yoxdur? Səfirlikdən niyə bir adam burada iştirak etmir?-sualını səsləndirdi.

Asif Məhərrəmov bu fikrə cavab olaraq “”təbii ki, bəzi şeylər var ki, bu bizdən asılı olmayan səbəblər üzündən olur. Və bunun cavabı məndə deyil””-dedi.
Sonra bir ştrix də əlavə etdi ki, “bizi hara çağırırlar və ya çağırmırlar, niyə dəvət edirlər və ya etmirlər””- kimi şaiyə-söhbətlərdən uzaq olmaq lazimdir. Biz işimizi görürük və görməkdəyik””-deyə bu tipli danışıqlara etirazını gizlətmədi.

Gənclər təşkilatından olan Rasim Quliyevin toxunduğu məsələyə gəlincə, AzərRos lideri “biz Rusiya mühitində erməni təşkilatı və ya millətinin nümayəndələri ilə birgə yanaşı yaşayır, fəaliyyət göstəririk. Qarabağ problemi siyasi problemdir və onunla dövlət səviyyəsində məşğul olunmalıdır, o bizim fəaliyətimizə daxil deyil,- mğvqeyindən cavab verdi.

Asif Məhərrəmovun fikrinə diasporçu içtimai xadim Oktay Hüseynov etiraz edərək söz aldi. O, məlum “Biryulovo hadisəsini” xatırladaraq bu hadisənin Azərbaycan diasporunun alnında qara bir ləkə olduğunu deyib, ermənilərin Moskva əyalətində törətdikləri daha ağır və insanlığa sığmaz cinayətlərindən misallar gətirərək fikrini əsaslandırdı.

“Niyə Moskva əyalətində yaşlı rus qadınına təcavüz edən erməniyə qarşı belə bir olay yaşanmadı?! Niyə Rusiya cəmiyyəti onun üstündən sükutla keçdi?!” Bir də bu sualı verək özümüzə. “Bəli, bizim “qonşular” işləyir, fəaliyyətlərinin nəticəsi də göz qabağındadıdır”.

O. Hüseynov sözlərinjə davam edərək: -“Cənab Asif Məhərrəmov, bu məsələ, o məsələ bizim məsələmiz deyil deyib, ondan imtina etmək olmaz. Azərbaycanlı ilə bağlı olan hər bir məsələ bizim məsələmizdir. Və mən sizin bu məsələdəki mövqeyinizlə razı deyiləm”-dedi.

O, Azərbaycan diasporlarının fəaliyyətində media ilə işə daha çox diqqət ayrırmaq, onun fəaliyyətini gücləndirməyin vacibıiyini önə çəkdi.

AzərRos Federal Şurasının üzvü Azər Səfərov isə Azərbaycan etno-profilli məktəblər məsələsinə toxunaraq bu tipli məktəblərin sayının artırılmasından danışdı.

Kostromadan olan nümayəndə Kamran Babayev, Yrasolavldan olan nümayəndə Osman Hüseynov və digərləri AzərRos-un ətrafında daha da six birləşərək, bu günkü konfransda qarşıya qoyulan məqsədə çatmaq üçün səylərini davam etdirəcəklərini söylədilər.

Konfransın yekununda Moskva vilayəti dövlət nümayəndələri və Azərbaycan diasporunun aktivləri AzərRosun fəxri-fərmani ilə mükafatlandırıldılar. Yazıçı Çingiz Hüseynov, Moskva vilayət sosial-rabitə baş idarəsinin rəhbəri Vitaliy Zamaraxin, AzərRosun- regional nümayəndəliklərinin rəhbərlərindən: Namus Nağıyev, Osman Hüseynov, Fəyaz Paşayev, Fəxrəddin Yusifov bu mükafatla təltif edildilər.

Sonda Söyün Saqıqov Rusiya millətlərarası münasibətlər üzrə prezident şurasında işinə xitam verildiyini, onun yerinə Asif Məhərrəmovun seçildiyini xəbər verdi və onu təbrik etdi.

Konfransın işində Rusiyadakı digər Azərbaycan təşkilatlarından sadəcə “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti və Ruisya Azərbaycan gənclərinin inkişafı intibahi fondunun nümayəndələri iştirak edirdilər.

Tünzalə Vəliqızı,
Moskva


Bir cavab yazın