Xodorkovskinin həbs həyatından bəhs edən kitabı işıq üzü görüb


“YUKOS”-un sabiq başçısı, ömrünün 10 ilini həbsxanada keçirən Mixail Xodorkovski orada keçirdiyi həyatı haqqında kitab yazıb. “Həbsxana adamları” adlı toplu Almaniyanın Galiani nəşriyyatında çap olunub və artıq satışdadır. Lakin kitabı hələlik yalnız Almaniyda almaq olar.Xodorkovskinin həbs həyatından bəhs edən kitabı işıq üzü görüb

Xodorkovskinin mətbuat-xidmətindən verilən məlumata görə kitabda məhbuslar və nəzarətçilərdən bəs edın 21 oçerk toplanıb.

12 iyun Berlində keçirilən kitabın təqdimatında siyasətçilər, yazıçı və jurnalistlər, həmçinin Nobel mükafatı laureatı- ADR-in keçmiş xarici işlər naziri Markus Merkel iştirak edib.

Rusiya KİV-nin verdiyi məlumata görə Xodorkovski kitabında Rusiya həbsxana sisteminə xas olan korrupsiya, hüquqi özbaşınalıq və ağlasızmaqlıqlara xüsusi yer verib. Sonda o, belə bir nəticəyə gəlıb ki, həbsxana sistemi Rusiya cəmiyyətini əks etdirən güzgüdür.

“Həbsxana adamları” Xodorkovskinin birinci ədəbi nümunəsi deyil. O, hələ 2009-cu ildə Lyudmila Ulitskayanın həmmüəllifliyi ilə “Dialoq” toplusunu dərc etdirmiş və bu əsər bir il sonra “Znamya” jurnalının “Qlobus” mükafatına layiq görülmüşdür.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir