Bəyaz pərdənin Ağından Qarasına-


124 illik çarx 

Tərsinə dövran edir indi. Kinonun karifeyləri, dünya kino sənayesinə adını qızıl hərflərlə yazdıracaq  filmlərimiz vardı.

Bu gün bayramı qeyd edilən Mili Kino Günü -bir həmkarımın dediyi kimi, elə anım günləri uğurların və neqativlərin dilə gətirilib müzakirə olunmasına bir növ diqqəti cəlb etmək fürsətidir-həm də.

124 il  əvvəllə deyil, bu tarixin  H. Əliyevin sərəncamı ilə 2000-ci il avqustun 2-də  Milli kinomuzun qeyd olunması gününə -geriyə fırlatsaq  çarxı.  Elə o  dövrdən bu yana kino sahəsində geriləmənin şahidi olarıq. İrəliləmə görən və  son illər belə uğurlu filmlərə imza atılıb-deyə mənimlə razılaşmayan varsa, buyursun!

“Bütün ölkələrin proletarları birləşin” -A bala, o proletarlar kimdir?
-Sən.!- Mən hara proletarlar hara… “. (“Yeddi  oğul  istərəm”)
“Bu nə plovdur, yağ gətir” (“Görüş”)
“Elə mən də bezmişəm, dədəm də” (“Böyük Dayaq”)
“Fantamas, -Nə, nə. Fantamas. Aley,  kül kişi başuva” (“Uşaqlığın son gecəsi”)
“Anan olsun, ay Ramazan, can ay bala”  (“Arxadan vurulan zərbə”)
“Yaz ki, dərmansəpələyn maşını sındırdı. Yaz.- Gəlsənə kəsəsən” (“Bizim küçə”)
 “Ağa, biz arabaları yükləməyə hazırıq. –Rədd olun, mənim sizə kəfən almağa pulum yoxdur” (“Yenilməz Batalyon”) və s. Bu cür misallara istənilən qədər uzatmaq olar.

Aramızda zərb-məsələ dönən, replikaları ilə həyatımıza girib onu rəngləndirən  rəngsiz (ağ-qara) kinodan alınan ifadələrdir bunlar. Və inanıram ki, o dövrün kinosunu izləyənlər bunu gündəlik həyatlarında bu gün də işlədirlər  yerinə düşəndə.

Texniki imkanların çətin olduğu o zamanlar  kinonun min- bir əziyyətlə başa gəlməsindən danışmağı bir kənara qoyaq. Elə  o dövr bizi ad və familiyalarını birnəfəsə sadaılya  biləcəyimiz Rəşid Behbudov,  Adil İsgəndərov, Yusif Vəliyev, İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Mehdi Məmmədov, Hökümə Qurbanova, Münəvvər Kələntərli, Sədayə Mustafayeva, Ətayə Əliyeva, Nəcibə Məlikova, Nəsibə Zeynalova,  Şahmar  Ələkbərov, Səməndər Rzayev, Həsən Məmmədov, Həsənağa Turabov, Əliağa Ağayev, Nodar Şaşiqoğlu, Murad Yegizarov, və.s  istedadlarla tanışdırdı. Bir məktəb qoydu getdi adını sadaladığım və sadalamadığım  bu aktyorlarımız.

 Bu günün kino məktəbi deməyim, kino mətbəxində nə bişir? Gündəlik həyatımıza xitab edəcək personajlar, onlaırn dilindən səslənən replikalar varmı? Bizi güldürür və düşünüdürürmü? Zamanın  problemlərini  aynasında əks etdirib, təlimə-tərbiyəyə yönəlik, tariximizin qatlarını açmaq, dərinliklərinə  enmək fürsəti verirmi?

Bəlkə kino sənayemizi təndiq etmək onlara haqsızlıqdır, bilmirəm ki. O illərin filmləri ilə müqayisəolunacaq  bir film olmadığı  üçün ola bilərmi bu?! Bir də bu yandan baxsam. Şəxsim adına deyirəm bunları. Bu sahəyə ayrılan dövlət vəsaiti varmı? Kino ssenariləri üçün müsabiqələr keçirilirmi?  Aktyor, aktrisa  yetişdirmə sahəsində vəziyyət nə yerdədir? Mədəni maarif  ocaqlarının yetirmələri yerini  tapa bilirmi?

Tamaşaçını problemlərin bu təfəri maraqlandırırmı? Hər şeyə rəğmən o, onu ekrana bağlayan kino istəyir. Özününkü olmayanda isə … Əslində mədəniyyət sərhədsizdir. Amma milliliyin, tarixi keçmişin özünə və özgəyə çatdırılmasının yolu  məhz sənə aid olan (millətə) bəyaz pərdədən keçir. Bizim bəyaz pərdəmiz  kinonun ağ-qara dövrünü arxada qoysa da, bu rərngarənglikdə  rəng görünmür. Sadəcə 124 illiyini qeyd edəcəyimiz və gələcəyin kandarına belə yetişməyəcək  bu günündə qalan kinomuz var.

“Bu gün sizdə nə səs-küydür, Gülcahan….”
“Zəhra, gəl birdə!” (“Bəxtiyar”).

Gəlin, biz də  kinomuzun Bəxtiyar günlərinə dönək, Milli Kino günümüzə töhfə verən bu bəyaz pərdədən keçən  bütün koriyeflərimzi hörmətlə yad edək.

Tünzalə Vəliqızı, Moskva
2 avqust 2022


Bir cavab yazın