“Xalqlar Dostluğu” festivalında Azərbaycanı Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti təmsil edib


Noyabrın 10-da Rusiyanın Mıtişi şəhərində müxtəlif xalqların nümayəndələrinin qatıldığı “Xalqlar dostluğu” milli mədəniyyətlər festivalı keçirilib. Bu haqda Rusiya Azərbaycanlıları İnformasiya Klubu məlumat yayıb.

Festivalda Azərbaycanı Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti təmsil edib. “Azərbaycan” güşəsində ölkəmizin istehsalı olan məmulatlar, milli mətbəximizin yeməkləri, şirniyyatları, o cümlədən milli-mənəvi irsimizi yaşadan geyimlərimiz, musiqi alətlərimiz nümayiş etdirilib. Guşəmizlə tanış olan qonaqlar nümayiş etdirilən yeməklər, şirniyyatlar, çay, müxtəlif adlı şirələr, şərablardan dadıblar.

Onu da qeyd edək ki, Moskva vilayəti hökümətinin təşkil etdiyi “Xalqlar Dostluğu” festivalında Mıtişı şəhəri yetkililəri milli mədəniyyətlərin sərgiləndiyi guşələri gəziblər. Festivalı bayram abu-havasına kökləmiş “Azərbaycan guşəsini” ziyarət edən nümayəndələr zəngin mədəniyyətimizin çoxçalarlı nümunələrini məmnunluqla seyr edib, təmsilçilərimizlə söhbətləşiblər.

Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Kamil Bayramovun rəhbərliyi ilə təşkil olunmuş Azərbaycan pavilyonu festivalın ən çox qonaq qəbul edən güəsi olduğunu da qeyd etmək yerinə düşər.

Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin üzvü Ulduz Əsgərova Moskva vilayəti hökumətinə öz adət-ənənələrimizi, mədəniyyətimizi və mətbəximizi nümayiş etdirmək imkanı verildiyinə görə təşəkkür edib.

Ulduz Əsgərova festivala bağlı təəssüratlarını bölüşürkən, belə festivalların keçirilməsi xalqımızın Rusiya cəmiyyətinə inteqrasiya olunması ilə yanaşı, öz milli kimliyini qoruyub saxlaması yönündən vacib olduğunu da vurğulayıb.


Festival geniş konsert proqramı ilə davam edib.

yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir