Bakıda Şairlər günü keçirilib
Artıq ikinci dəfədir ki, gənc yazarlar və şairlər iyun ayının 5-ni – Mikayıl Müşfiqin anadan olduğu günü Şairlər günü kimi qeyd edirlər.
Bu il də, Rəşid Behbudov adına Mahnı teatrında şair Xəyal Rzanın təşəbbüsü və başçılığı ilə Şairlər gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Türk müğənnilərindən Mehmet Özkaya və Azərbaycan müğənnilərindən Yaqub Zorufçu və başqalarının ifasında gözəl mahnılar, eləcə də, Vüqar Rahi, Əkbər Qoşalı, Afaq Şıxlı, Xanım Aydın, Habil Yaşar və digər şairlərimizin ifasında lirik şeirlər səsləndi.
Üzdəniraq qonşularımız tərəfindən hər cür cəhdlə özləşdirilmək istənilən xalq mahnımız “Sarı gəlin”i Mehmet Özkaya ilə birlikdə bütün zal oxumağa başladı və bundan sonra modelyerlərimiz tərəfindən zövqlə hazırlanmış “Sarı gəlin” paltar kolleksiyası nümayiş etdirildi.
Tədbir zamanı bir neçə şəxs Mikayıl Müşfiq adına diplomla mükafatlandırıldı və onlara sevilmli şairin büstü hədiyyə edildi.
/Yenises.ru/