Nobel Fondu pul mükfatını azaltdı


Nobel  Fondu  pul  mükfatını azaltdı
Gəlirlərin azalması Nobel mükafatına da təsir etdi. Dünyanın ənnüfuzlu mükafatı sayilan Nobel hər il 5 ayrı sahə üzrə verilən pul mükafatının bu ildən etibarən 20 faiz azaldıldığını açıqladı.

Nobel Fondundan verilən açıqlamada hər il 5 müxtəlif sahə üzrə verilən 10 miyon İsveç kronu (1 milyon 120 min avro) dəyərində pul mükafatı bu ildən etibarən 20 fazi azaldılaraq 8 milyon İsveç kronuna (təxminən 900 min avro) endirildiyi bildirildi. Endirməyə səbəb isə Nobel fondunun büdcəsindəki gəlirin azaldığı göstərildi.

Nobel Fondunun müdiri Lars Heikentsen də verdiyi açıqlamada fondun bir çoxlarının düşündüyü kimi zəngin bir qurum olmadığını söylədi.

L. Heikenston Nobel mükafatlarında verilən pul miqdarının azaldılmasına rəgmən, mükafatın hələ də dünyada ən nüfuzlu mükafat olmaqda davam etdiyini dilə gətiridi.

Xatırladaq ki, hər il fond tərəfindən “tibb, kimya, fizika, iqtisadiyyat və barış”” sahəsində dünyanın müxtəlif yerlərində müəyyən edilən elm adamlarına mükafat verilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir