Bavariya Avropa Birliyindən Türkiyə ilə danışıqları kəsməyi tələb etdi
Brüssel Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı danışıqları tamamilə dayandırmalıdır. Bu barədə Bavariya Federal torpaqlarının daxili işlər naziri
İoaxim Herrmannın sözlərindən alman mətbuatı sitat gətirib.
“Avropa Birliyinin Türkiyənin üzvlük məsələsinə xitan verməsinin vaxtıdır. Nə fasiə, nə vaxtı uzatmaq lazımdır. Bitirmək! Bizim özümüzü aldatmağımız yetər: Ərdoğanlı Türkiyə ilə ümumi perspektivimiz yoxdur “”, -deyə Herrmann bəyan edib.
Xatırladaq ki, prezidentin səlahiyyətlərini artıran konstitusiya referendumundan əvvəl Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan demişdi ki, AB-yə daxil olmasının vaciblik məsələsi ilə bağlı daha bir ümumxalq səsverməsi keçirilə bilər. Onda bu reaksiyanı doğuran isə Hollandiya və Almaniya hökümətinin referendumqabağı orada yaşayan türklər arasında təbliğat kampaniyasına icazə verməməsi olmuşdu.
Türkiyə AB-yə daxil olmaq üçün danışıqlara ən çox zaman sərf edən dövlətdir: 1963-cü ildə assosiasiya sazişi bağlanmış, 1987-ci ildə Ankara birliyə üzv olmaqdan ötəri ərizə vermişdi. Üzvlüyə qəbul olmaq üçün əsas danışıqlar isə 2005-ci ildə başladılmış və ölkələr arasındakı fikir ayrılığı ucbatından dəfələrlə dayandırılmışdlı.
/Yenises.ru/
“